Cəmiyyət

Bu agentlik AAYDA-da araşdırma aparır

10 Mart 2026, 13:301
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətində rəqabət qanunvericiliyinin pozulması ehtimalı ilə bağlı araşdırma aparır.

Zefer.media xəbər verir ki, bu barədə Antiinhisar Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, araşdırmaya rəqabət orqanının öz təşəbbüsü əsasında başlanılıb.

Araşdırmanın predmeti Rəqabət Məcəlləsinin 39.7-ci maddəsinin tələblərinin yerinə yetirilib-yetirilməməsi ilə bağlıdır. Həmin maddəyə əsasən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlər fəaliyyətlərinin nəticələrinə dair maliyyə hesabatlarını müəyyən edilmiş qaydada və vaxtında rəqabət orqanına təqdim etməlidirlər.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600