Cəmiyyət

Taksi sürücüləri AYNA-dan narazılıq edir – “Müştəri düşürüb mindirə bilmirik”

8 Mart 2026, 12:563
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bakıda fəaliyyət göstərən taksi sürücüləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) kütləvi narazılıq edirlər.

Zefer.media-nın Medialive.az-a istinadən məlumatına görə, taksi sürücülərinin üzləşdiyi əsas problemlərdən biri məhz sərnişinlərin mindirilib-düşürülməsidir.

Belə ki, onlar hesab edirlər ki, paytaxtın müxtəlif yerlərində taksilər üçün düşüb-minmə zolaqları təşkil edilsə də, bu kifayət qədər az miqdardadır.

Bu səbəbdən də sürücülər bildirirlər ki, onlar məcburiyyət qarşısında qalaraq müştəriləri yolun ikinci zolağında düşürtməli olurlar. Bu da taksi sürücülərinin İnzibati Xətalar Məcəlləsinin 346.4 maddəsi ilə 80 manat 2 bal cərimələnməsinə gətirib çıxarır.

Sözügedən hal geniş ictimai narazılıq doğurur.

Ümid edirik ki, işıqlandırılan mövcud problemlə bağlı AYNA rəhbərliyi tezliklə ölçü götürəcək.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Screenshot

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600