• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
18° Weather Columbus
$
1.7
€
1.9673
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə İqtisadiyyat

Prezident yeni FƏRMAN İMZALADI: Güzəştli maliyyələşdirmə barədə

06 Mart, 26 / 10:33
A A

Prezident İlham Əliyev kənd təsərrüfatında güzəştli maliyyələşdirmə barədə bir sıra məsələlərin tənzimlənməsi və bununla əlaqədar bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Oxu24.com xəbər verir ki, fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyi (KTN) dövlət başçısının 19 dekabr 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 6-1-ci hissəsində nəzərdə tutulan kreditlərin təyinatı üzrə xərclənməsinin “Elektron kənd təsərrüfatı” informasiya sisteminin (EKTİS) “aqrar ticarət (tapaqro)” altsistemi vasitəsilə təşkilini və bu barədə məlumatların ötürülməsi məqsədilə həmin informasiya sistemi ilə İqtisadiyyat Nazirliyinin müvafiq informasiya sistemlərinin inteqrasiyasını təmin etməlidir.

Maliyyə Nazirliyi KTN ilə birlikdə 2026-cı ilin dövlət büdcəsindən kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların ödənilməsi məqsədilə ayrılmış vəsaitin 10 milyon manatlıq hissəsinin kreditlərin faizlərinin maliyyələşdirilməsi üçün istifadə edilməsi ilə bağlı tədbirlər görməli, bu məqsədlə tələb olunan vəsaiti növbəti illərdə dövlət büdcəsinin layihəsində nəzərdə tutmalıdır.

Bundan başqa, fərmanla, kənd təsərrüfatı məhsullarının istehsalı xərclərinin (kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən mineral gübrə, biohumus, sertifikatlı toxum və pestisidlərin alınması, həmçinin aqrotexniki xidmətlərdən istifadə) maliyyələşdirilməsi məqsədilə müvəkkil təşkilatların (lizinq təşkilatları istisna olmaqla) vəsaiti hesabına sahibkarlıq subyektlərinə 1 il müddətə qədər verilən kreditlərin əsas borcu üzrə hesablanmış faizlərin Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına maliyyələşdiriləcək hissəsinin ödənilməsi Agentliyə dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsait hesabına təmin edilir.

Kreditlərin illik faiz dərəcəsinin Agentliyin vəsaiti hesabına maliyyələşdirilən hissəsi və həmin kreditlərlə istehsalı maliyyələşdirilən kənd təsərrüfatı məhsullarının siyahısı ölkə Prezidentinin 27 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun müəyyən edilir.

Sahibkarlıq subyektləri bu Qayda ilə müəyyən edilmiş güzəştli kreditlərin verilməsi üçün müvəkkil təşkilata (lizinq təşkilatları istisna olmaqla) rəsmi qaydada müraciət edirlər. Müvəkkil təşkilat (lizinq təşkilatları istisna olmaqla) müraciətlərin qeydiyyata alındığı tarixdən 15 iş günündən gec olmayaraq, kredit riskləri təhlil olunmaqla kreditin verilməsi barədə qərar qəbul edir, yaxud sahibkarlıq subyektlərinə əsaslandırılmış imtina məktubu göndərir (təqdim edir). Müvəkkil təşkilat (lizinq təşkilatları istisna olmaqla) müsbət qiymətləndirdiyi müraciətə dair tələb olunan məlumatları (kreditin məbləği, təyinatı, istifadə dövrü və sahibkarlıq subyektinin EKTİS-də qeydiyyatı barədə) və sənədləri Agentliyə təqdim edir. Təqdim edilən məlumatların bu Qaydanın 6-1.2-ci bəndinə əsasən müəyyən edilmiş göstəricilərə uyğunluğunu Agentlik 10 iş günü müddətində yoxlayaraq, veriləcək kredit məbləğinə mütənasib hesablanan faiz məbləğini təsdiqləyir və ya müvəkkil təşkilata (lizinq təşkilatları istisna olmaqla) əsaslandırılmış imtina məktubu göndərir (təqdim edir).

Qaydada nəzərdə tutulmuş qaydada ayrılan kredit məbləğini müvəkkil təşkilat (lizinq təşkilatları istisna olmaqla) sahibkarlıq subyektinin kart hesabına (hüquqi şəxsin cari hesabına) köçürür və nağdlaşdırılmadan istifadə olunur. Sahibkarlıq subyekti kredit vəsaitini, bu Qaydaya uyğun olaraq, onun müraciəti zamanı bəyan edilmiş təyinat üzrə EKTİS-in “aqrar ticarət (tapaqro)” altsistemi vasitəsilə təchizatçıların hesablarına köçürür. Kredit müqabilində müvafiq məhsul, iş və xidmətlərin təhvil verilməsini təsdiq edən sənədlər təhvilverənin razılığı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə EKTİS-ə inteqrasiya edilir.

Sahibkarlıq subyektləri aldıqları güzəştli kreditlər üzrə əsas borclarını və faiz borclarının Agentliyin vəsaiti hesabına maliyyələşdirilməyən hissəsini müqavilə şərtlərinə uyğun olaraq ödəməlidirlər. Agentlik verilmiş kreditlər üzrə faizlərin maliyyələşdirdiyi hissəsinin hesablanmasını və həmin hissə üzrə rübdə 1 dəfədən gec olmayaraq ödənişlərin həyata keçirilməsini təmin edir. Agentlik, hesablanan faiz borcunun maliyyələşdirilən hissəsi istisna olmaqla, müqavilə üzrə hər hansı başqa öhdəlik və məsuliyyət daşımır.

Bu Qaydaya uyğun olaraq həyata keçirilən monitorinq zamanı kredit vəsaitindən 3 ay müddətində istifadə edilməməsi və ya təyinatı üzrə istifadə edilməməsi halları aşkarlandıqda, Agentlik faizlərin maliyyələşdirilən hissəsinin hesablanmasını və ödənilməsini dayandırır.

Bu Qaydada nəzərdə tutulmuş halda ödənilmiş güzəşt vəsaitini müvəkkil təşkilat (lizinq təşkilatları istisna olmaqla) Agentliyə qaytarır. Agentliyin yazılı tələbindən sonra müvəkkil təşkilat (lizinq təşkilatları istisna olmaqla) 30 iş günü müddətində vəsaitin köçürülməsini təmin etməzsə, Agentlik gecikdirilən məbləğin qaytarılması üçün normativ hüquqi aktlarda nəzərdə tutulmuş tədbirləri görür. Qaytarılan vəsaitdən bu Qaydanın məqsədlərinə uyğun istifadə edilir.

Bu Qaydaya uyğun olaraq Agentliyə qaytarılmış vəsaiti müvəkkil təşkilat (lizinq təşkilatları istisna olmaqla) sahibkarlıq subyektindən tələb edir. Belə sahibkarlıq subyektlərinə növbəti 3 il müddətində faizlərinin bir hissəsini Agentliyin maliyyələşdirdiyi kreditlər verilmir.

Bənzər Xəbərlər

Cəmiyyət

AÇG-də 400-dən çox quyu qazılıb

İyun 3, 2026
İqtisadiyyat

Ekspertlər: 2027-ci ilə qədər “JetBlue”nun iflas ehtimalı 75%-i ötür

May 26, 2026
İqtisadiyyat

Türkiyənin qabaqcıl müdafiə sənayesi şirkəti Azərbaycanda tam səlahiyyətli təmsilçilik şəbəkəsini qurub

May 16, 2026
Dünya

Bu ölkə 2030-cu ilədək qeyri-xammal ixracını 52 milyard dollara çatdırmağı planlaşdırır

May 12, 2026
İqtisadiyyat

Azərbaycan Türkiyədən kimyəvi məhsulların idxalı xərcini 4 %-ə yaxın artırıb

May 11, 2026
Dünya

“Hörmüz boğazının bağlanması enerji təchizatımıza birbaşa təsir göstərir”

Aprel 29, 2026

XƏBƏR LENTİ

Sabah Məhərrəm ayı başlayır

15 İyun, 26 / 16:44

Zakir Həsənov Ordunun şəxsi heyətini təbrik edib

15 İyun, 26 / 16:43

İran Livandakı vəziyyətə görə ABŞ ilə müqavilənin imzalanmasını təxirə saldı

15 İyun, 26 / 16:38

“İranda ilin əvvəlindən bəri onlarla şəxs edam edilib”

15 İyun, 26 / 16:34

Soyuq müharibədən daha təhlükəli dövr - Türkiyə od çənbərindən necə qorunur?

15 İyun, 26 / 16:30

Moldovada Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

15 İyun, 26 / 16:24

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il keçir

15 İyun, 26 / 14:48

Kanoeçimiz ikinci qızıl medalını qazanıb

15 İyun, 26 / 14:44

Yaxın gələcəkdə regionda yeni hərbi gərginliyin yaranması ehtimalını istisna etmək olmaz - Siyasi şərhçi 

15 İyun, 26 / 14:38

Türkiyə lideri Azərbaycanı təbrik edib

15 İyun, 26 / 14:02

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.