Cəmiyyət

Artıq yollarda vaxtı süni intellekt hesablayacaq – Video

27 Fevral 2026, 10:001
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bakının küçə və prospektlərində süni intellekt əsasında işləyən adaptiv işıqfor sistemi tətbiq olunmağa başlayıb.

Zefer.media xəbər verir ki, pilot layihə çərçivəsində ümumilikdə 8 kəsişmədə ağıllı işıqforlar quraşdırılıb və artıq sınaq müddətində istifadəyə verilib.

Yeni sistem Binəqədi rayonu Azadlıq prospekti ilə Məsud Davudoğlu küçəsinin kəsişməsində, həmçinin 115 nömrəli tam orta məktəbin qarşısında – İbrahim Paşa Dadaşov küçəsi daxil olmaqla daha bir neçə ərazidə tətbiq edilir.

Adaptiv işıqforlar ənənəvi sistemdən fərqli olaraq nəqliyyatın sıx olduğu pik saatlarda və qəza hallarında hərəkət intensivliyini avtomatik tənzimləyir. Yola quraşdırılan sensorlar, kameralar və bəzi hallarda radarlar vasitəsilə nəqliyyat axını ölçülür. Əldə olunan məlumat idarəetmə proqramına ötürülür və süni intellekt yaşıl işığın müddətinin hansı istiqamətdə artırılıb-azaldılması barədə qərarı avtomatik verir.

Ənənəvi işıqforlarda isə vaxt əvvəlcədən təyin olunur və təxminən 150 kəsişmədə sistem mərkəzdən idarə edilir.

Daha ətraflı süjetdə:

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600