Manşet

Reytinqin arxasında itən dəyərlər: TV-lərdə vəziyyət nə yerdədir?

25 Fevral 2026, 16:4216
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Son zamanlar televiziya kanallarında yayımlanan bəzi verilişlər, şou proqramlar əyləncə məqsədini itirərək, mənəvi-əxlaqi dəyərlərimizi arxa plana atır. Bu proqramlar bir tərəfdən diqqət çəkir, reytinqləri artırır, amma digər tərəfdən sosial davranış modellərinə, hətta ailə dəyərlərimizə zərbə vurur.

Televiziya məkanındakı bu durumla bağlı fikirlərini Zefer.media ilə bölüşən televiziya tənqidçisi, media eksperti və professor Qulu Məhərrəmli müasir televiziya mühitinə qəti və tək tərəfli qiymət verməyin mümkün olmadığını qeyd edib :

“Bu gün televiziya məkanını birmənalı şəkildə “yaxşı” və ya “pis” kimi qiymətləndirmək çətindir. Çünki efirdə keyfiyyətli və xoş təsir bağışlayan proqramlarla yanaşı, orta səviyyəli verilişlər də mövcuddur. Eyni zamanda tamaşaçı zövqünə uyğun gəlməyən, hətta onu zədələyən layihələrə də rast gəlinir.

Milli-mənəvi dəyərlərin qorunması və etik normalara riayət olunması baxımından isə müəyyən problemlərin olduğu danılmazdır. Bu məsələ ilə bağlı artıq şou-biznes nümayəndələrinin və tanınmış sənət adamlarının özləri də narahatlıqlarını ifadə edirlər. Bu isə vəziyyətin düşündüyümüzdən və təsəvvür etdiyimizdən daha mürəkkəb olduğunu göstərir”.

Professor məsələnin həlli üçün əsas addımın məsuliyyət anlayışının daha da möhkəmləndirilməsi olduğunu vurğulayıb:

“Mövcud problemlərin aradan qaldırılması üçün ilk növbədə peşə məsuliyyətinin gücləndirilməsi vacibdir. Reytinq naminə deyil, peşəkarlıq naminə fəaliyyət göstərmək əsas prioritet olmalıdır. Xüsusilə, gəlir əldə etmək zərurəti olan özəl televiziya kanallarında milli-mənəvi dəyərlərin və etik davranış qaydalarının pozulması halları ciddi narazılıq doğurur.

Hesab edirəm ki, bu problemlərin qarşısının alınması üçün məsuliyyət və peşəkarlıq səviyyəsi artırılmalıdır”.

Pərvin

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600