Cəmiyyət

Azərbaycanlı şagird 139 min manat təqaüd alacaq

24 Fevral 2026, 17:2921
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Abşeron rayonunun Pirəkəşkül kənd tam orta məktəbinin şagirdi Nilufər Hüseynli böyük uğura imza atıb. O, dünyanın ən nüfuzlu təhsil ocaqlarından sayılan NYU Şanxay Universitetinə qəbul olunub. Nilufər bu ali məktəbdən tam təqaüd alan ilk azərbaycanlı şagird kimi tarixə düşüb.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə azərbaycanlı məktəbli öz intellektual bacarıqları ilə fərqlənməyi bacarıb. Universitet rəhbərliyi onun qlobal akademik mühitə verə biləcəyi töhfələri yüksək qiymətləndirib. Sözügedən təhsil müəssisəsinin özünəməxsus seçim qaydaları mövcuddur. Tələbələrin yarısı birbaşa Çindən, qalan hissəsi isə dünyanın müxtəlif ölkələrindən gələn namizədlər arasından seçilir.

Nilufər Hüseynlinin qazandığı təqaüdün məbləği də kifayət qədər yüksəkdir. Şagird təhsil müddətində 82 min ABŞ dolları məbləğində maliyyə dəstəyi alacaq.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600