Cəmiyyət

Orhan Sancar kitabını 29-cu EMITT Turizm Fuarı’nda təqdim edib

7 Fevral 2026, 20:5117
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Türk turizminin tanınmış simalarından Orhan Sancar, “Mardin’den Orta Asya’ya – Bir Turizmcinin Hayat Yolculuğu” adlı kitabını 29-cu EMITT Turizm Fuarı çərçivəsində keçirilən imza günü tədbirində oxucularla görüşdürüb.

Təqdimat mərasimində turizm ictimaiyyətinin nümayəndələri ilə yanaşı ATAA Peşəkar Turizmçilər Komitəsinin üzvü Nazar Eminov da iştirak edib. Nazir Eminov tədbir zamanı müəlliflə görüşüb və Orhan Sancar ilk imzalı kitab nüsxəsini məhz ona təqdim edib.
bnhj vg

Qeyd edək ki, kitab müəllifin yarım əsrə yaxın turizm fəaliyyətini, Mardindən Orta Asiyaya uzanan zəngin peşəkar həyat yolunu əhatə edir. Nəşrdə yer alan arxiv materialları və fotolar oxuculara təkcə turizm tarixini deyil, bir ömrün izlərini də təqdim edir.

Orhan Sancarın bu əsəri turizm sahəsində fəaliyyət göstərənlər üçün həm dəyərli mənbə, həm də ilhamverici yol xəritəsi kimi qiymətləndirilir.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600