• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22.5° Weather Columbus
$
1.7
€
1.9593
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Azərbaycan Mətbuat Şurasının açıqlaması – media peşəkarlığı qorunmalıdır

06 Fevral, 26 / 14:43
A A

“İdrak” liseyində baş vermiş insident ictimaiyyətin diqqət mərkəzində olsa da, media mənsublarının hadisə ilə bağlı bu təhsil ocağı şagirdindən açıqlama alma və yayma üsulları qətiyyən yolverilməzdir. Bu, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na tamamilə ziddir. Belə ki, qaydaların “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı” adlı 3-cü prinsipinin 3.9-cu bəndində bildirilir ki, “jurnalist uşaqların məsumluğu və inamından sui-istifadə etməməli, hüquqlarına hörmətlə yanaşmalı, onların fikirlərinin çatdırılması ilə bağlı xüsusi məsuliyyət nümayiş etdirməli, valideyinlərinin və ya qanuni himayəçilərinin icazəsi olmadan uşaqlardan müsahibə götürməməyə səy göstərməlidir”.

Həmin bənddə o da bildirilir ki, “daha vacib ictimai əhəmiyyət kəsb edən maraqların mövcud olduğu hallar istisna olmaqla, jurnalist uşaqların şəxsi həyatı barədə məlumatları və ya fotoşəkilləri dərc etməməlidir. Jurnalist faciə və ya cinayət əməli nəticəsində zərər çəkmiş, yaxud belə hadisələrə cəlb edilmiş uşaqların kimliyini mütləq qorumalıdır”. Təəssüf ki, “İdrak” liseyindəki insidentlə bağlı üzərində dayandığımız təqdimatda buna riayət edilmədi.

Media mənsublarının “İdrak” liseyi şagirdindən aldıqları müsahibə, həmçinin, müsahibə zamanı yol verdikləri davranış “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın “Jurnalistin özünün və çalışdığı orqanının reputasiyasının qorunması” adlı 5-ci prinsipində əksini tapmış “ictimai əhəmiyyət” anlayışı “ictimaiyyət üçün maraqlı” olan informasiya ilə qarışdırılmamalıdır” tələbinin də pozulmasıdır. Onların hərəkəti hadisə ilə bağlı əsl həqiqətləri üzə çıxarmaq məramına xidmət deyildi və məlum olaya olan ictimai diqqətə adekvat peşəkar davranış nümunəsi kimi qiymətləndirilə bilməz.

Azərbaycan Mətbuat Şurası jurnalistləri, xüsusən, ekstremal durumların, cəmiyyətdə rezonans doğurmuş hadisələrin və belə olaylarla əlaqəli məqamların işıqlandırılmasında emosiyalara qapılmamağa, tələskənliyə yol verməməyə və konkret mahiyyət üzrə davranmağa çağırır. Unutmaq olmaz ki, həssaslıq ən böyük peşəkarlıq meyarıdır və medianın yalnız yüksək peşəkar həssaslığı ilə hazırladığı materiallar insanların informasiya tələbatını qarşılamaq iqtidarındadır. Buna əks təmayüllərin hər biri cəmiyyətə ziyandır.

Bənzər Xəbərlər

Gündəm

İlham Əliyev Almaniyanın yeni səfiri Dirk Lölkeni qəbul edib

Avqust 13, 2026
Gündəm

BİQ və Qlobal Cənubun Gənclər Platforması əməkdaşlıq perspektivlərini müzakirə edib

Avqust 13, 2026
Gündəm

Çin və Tailand polisi sərhədlərarası kredit kartı fırıldaqçılığı şəbəkəsini ifşa edib

Avqust 13, 2026
Gündəm

Bakı metrosu “Qarabağ”ın oyunu ilə əlaqədar iş rejimini dəyişdirəcək

Avqust 13, 2026
ilham əliyev imza
Gündəm

Prezidentin Naxçıvanla bağlı vacib SƏRƏNCAMI

Avqust 12, 2026
Cəmiyyət

Cavanşir Feyziyev: “İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

Avqust 11, 2026

XƏBƏR LENTİ

Kəlbəcərdə mina partlayışı baş verib

13 Avqust, 26 / 20:04

“İranlıların böyük əksəriyyəti ölkəni tərk etmək istəyir”

13 Avqust, 26 / 17:53

Qeyri-adi istilər Fransa iqtisadiyyatına 15 milyard avroya başa gələ bilər

13 Avqust, 26 / 17:51

Almaniya kanslerinin reytinqi kəskin şəkildə aşağı düşdü

13 Avqust, 26 / 17:47

İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

13 Avqust, 26 / 17:44

Bölgələrdə külək güclənəcək

13 Avqust, 26 / 17:17

160 nəfər müharibə veteranı üçün kiçik təsərrüfatlar yaradılıb

13 Avqust, 26 / 17:16

Axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi

13 Avqust, 26 / 17:15

Pezeşkianın müavini: “Müharibə və danışıqlar bir-birini tamamlayır”

13 Avqust, 26 / 17:11

İranda ABŞ və İsraillə əlaqəli qruplaşmaya qarşı əməliyyat: ölənlər var

13 Avqust, 26 / 17:07

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.