Qırğızıstanda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.
Zefer.media xəbər verir ki, görüşdə Azərbaycan tərəfindən xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin köməkçisi Hikmət Hacıyev və Baş nazirin müavini Şahin Mustafayev, Ermənistandan isə Baş nazirin müavini Mher Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan və Təhlükəsizlik Şurasının katibi Alen Simonyan iştirak edirlər.
Qeyd edək ki, Əliyev və Paşinyan sonuncu dəfə Əbu-Dabidə görüşüblər.
Zərintac Mayisqızı

















