• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
11.7° Weather Ashburn
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

“Yaxın Şərqdə köhnə status-kvoya qayıtmaq mümkün deyil”

06 Sentyabr, 26 / 12:45
A A

Yaxın Şərqdə dərinləşən böhran və Hörmüz boğazı ətrafında gərginləşən hərbi-siyasi vəziyyət qlobal təhlükəsizlik sistemini yeni sınaq qarşısında qoyub. Regionda hərbi balansı dəyişən bu qarşıdurma, eyni zamanda Cənubi Qafqazın və Azərbaycanın təhlükəsizliyi baxımından xüsusi diqqət tələb edir.

Mövcud mənzərəni şərh edən ərəbşünas alim, politoloq Rafael İbrahimov Hörmüz boğazındakı böhrandan çıxış yollarını dəyərləndirib və baş verənlərin ölkəmizə təsirlərini diqqətə çatdırıb. Ekspert vurğulayır ki, regionda köhnə status-kvoya qayıtmaq artıq mümkün deyil.

Hörmüz boğazında hərbi situasiya: HDQ, raketlər və HHM

Hörmüz boğazındakı hərbi durumu dəyərləndirən Rafael İbrahimov bildirir ki, orada faktiki olaraq “asılı vəziyyət” yaranıb: “İran bu münaqişədə sırf uduzmadığı üçün artıq özünü qalib hesab edə bilər. ABŞ isə Ukraynadakı hərbi əməliyyatlar, Fələstindəki faciəvi hadisələr və İrana endirilən ardıcıl zərbələr fonunda sursat ehtiyatlarını böyük ölçüdə tükəndirib. Bundan əlavə, Vaşinqtonun regionda qoşun yerləşdirə biləcəyi hərbi bazaların demək olar ki, hamısı sıradan çıxarılıb”.

Ekspertin sözlərinə görə, digər vacib faktor İranın əlində olan ballistik və supersəs raketləridir. Bu silahlar ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan gəmilərini müdafiəsiz qoyur. Gəmilər raket təhlükəsi səbəbindən sahilə yaxınlaşa bilmir, aviasiya isə havada əlavə yanacaq doldurmağa məcbur olur ki, bu da ikiqat zəiflik yaradır. Politoloq hesab edir ki, ABŞ-nin “Patriot” (PAC-2, PAC-3) HHM sistemləri köhnə texnologiyaya əsaslandığı üçün manevr edən ballistik və supersəs raketləri tutmaqda çətinlik çəkir.

İranın müdafiə infrastrukturu və quru əməliyyatlarının imkansızlığı

İranın müdafiə potensialına toxunan R. İbrahimov vurğulayır ki, rəsmi Tehran belə bir ssenariyə 1978-ci ildən bəri hazırlaşır: “İran daxilində dağların altında 27-dən 30-a qədər tam muxtar, yeraltı hərbi baza qazılıb. İran təbii geoloji baxımdan keçilməz bir qaladır. Hərbi analitiklərin hesablamalarına görə, İranı işğal etmək üçün ABŞ-yə ən azı 500 minlik canlı qüvvə lazımdır və bu kontingent belə uğura zəmanət vermir”.

Ekspert əlavə edir ki, ABŞ heç vaxt uzunmüddətli quru müharibəsi aparmayıb və canlı qüvvə itkilərinə həddən artıq həssas olduğu üçün belə bir əməliyyata gedə bilməz.

Azərbaycanın XXI əsr hərb tarixinə gətirdiyi novatorluq

Azərbaycanın hərbi təcrübəsindən danışan Rafael İbrahimov deyir ki, xarici və ərəb ekspertləri, eləcə də Pentaqon mütəxəssisləri ölkəmizi XXI əsrin müharibə novatoru kimi qəbul edirlər: “Azərbaycan dünyada 2020-ci ildən başlayaraq PUA-ları piyada, artilleriya və tank birləşmələri ilə tam harmoniya şəklində tətbiq edən ilk ölkə oldu. Azərbaycan taktiki dronları quru əməliyyatları ilə sintez edərək dərsliklərə düşəcək bir qələbə qazandı. Bu model PUA texnologiyasının hərbi-iqtisadi baxımdan zəif olan ölkəni nəhəng güclər qarşısında bərabərləşdirə bildiyini sübut etdi”.

Qlobal böhranın Azərbaycana təsirləri

Rafael İbrahimovun fikrincə, yaşanan bu mürəkkəb proseslər fonında Azərbaycanın strateji mövqeyi daha da güclənir. Ölkəmiz regionda neft və qazını birbaşa Avropa bazarlarına çıxaran yeganə dövlətdir ki, bu da qlobal enerji böhranı fonında geoiqtisadi dəyərimizi kəskin artırır.

Politoloq son olaraq qeyd edir ki, Azərbaycan əldə olunan hərbi təcrübə ilə kifayətlənməyərək öz PUA və Radioelektron Mübarizə (REMB) sistemlərini inkişaf etdirməyə, cəbhədəki son texniki yenilikləri diqqətlə təhlil etməyə və çoxvektorlu balanslaşdırılmış xarici siyasət kursunu uğurla davam etdirməyə davam edir.

Bənzər Xəbərlər

Gündəm

Füzuli yenidən qurulur: Böyük Qayıdışın və yeni inkişaf dövrünün ünvanı

Oktyabr 17, 2026
Gündəm

Asiya qitəsində sabitlik və təhlükəsizlik qlobal təhlükəsizliyin tərkib hissəsidir

Oktyabr 17, 2026
Gündəm

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Oktyabr 16, 2026
Gündəm

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Oktyabr 16, 2026
Gündəm

Bəhruz Məmmədzadə yenidən Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü seçilib

Oktyabr 16, 2026
Gündəm

Ferhat Göçer Bakıda Eyyub Hüseynzadənin təşkilatçılığı ilə dördüncü dəfə konsert verəcək - VİDEO

Oktyabr 16, 2026

XƏBƏR LENTİ

Füzuli yenidən qurulur: Böyük Qayıdışın və yeni inkişaf dövrünün ünvanı

17 Oktyabr, 26 / 10:33

Asiya qitəsində sabitlik və təhlükəsizlik qlobal təhlükəsizliyin tərkib hissəsidir

17 Oktyabr, 26 / 10:20

Ramiz Mehdiyevin təltifləri əlindən alına bilər

16 Oktyabr, 26 / 21:50

Türkiyə iqtisadiyyatının 2026-cı ildə 3,3 faiz böyüməsi gözlənilir

16 Oktyabr, 26 / 21:50

Seymur Nəcəfova yüksək vəzifə verildi

16 Oktyabr, 26 / 21:47

Zelenski Trampın onu “günah keçisi” etməsi ilə bağlı suala gülümsəyərək cavab verib

16 Oktyabr, 26 / 21:45

Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır

16 Oktyabr, 26 / 21:44

Zelenski ABŞ-dən enerji atəşkəsi müqabilində nə istədiyini açıqlayıb

16 Oktyabr, 26 / 21:41

Türkiyə 9 ildən sonra ilk dəfə Ermənistanın Müstəqillik Gününü yüksək səviyyədə qeyd edib

16 Oktyabr, 26 / 21:38

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

16 Oktyabr, 26 / 21:38

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.