• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.995
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Mədəniyyət

Yaroslavlda Azərbaycan Qadınlar Birliyi Novruz bayramını qeyd edib

24 Mart, 26 / 17:02
A A

Rusiyanın Yaroslavl şəhərində Azərbaycan Qadınlar Birliyi Novruz bayramını xoş əhval-ruhiyyə ilə qarşılayıb. Onlar Novruz ənənələrini əks etdirən oyunlarla, musiqi proqramı ilə zəngin bayram şənliyi keçiriblər.

Zefer.media xəbər verir ki, bayram şənliyi Azərbaycan Respublikasının Dövlət himni ilə başlayıb.

Tədbirin təşkilatçısı, Yaroslavl Vilayəti Hökuməti yanında millətlərarası münasibətlər üzrə Koordinasiya Şurasının üzvü, Azərbaycan Qadınlar Birliyinin sədri Xatirə Qəmbərova Novruz bayramının tarixi, adət-ənənələri haqqında məlumat verib və barış, birlik, bərabərlik kimi xüsusiyyətləri özündə əks etdirən Novruz bayramının milli dəyərlərlə zəngin olduğunu vurğulayıb. O, milli bayramların ölkə hüdudlarından kənarda keçirilməsinin, gələcək nəsillərə ötürülməsinin vacibliyini bildirib.

Tədbirdə Yaroslavl Qadınlar Birliyinin xanımları Novruz adət-ənənələrini özündə əks etdirən böyük şair M. Şəhriyarın “Heydərbabaya salam” poemasını səsləndirib.

Bayram şənliyində olan milli rəqslər, xalq şənlikləri, Keçəl və Kosa personajlarının çıxışları tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

Bayram tədbirində uşaqlar ana dilində Novruz bayramına, vətənə aid şeirlər söyləyib. Yumurta döyüşmək yarışması onlara bayram sevinci bəxş edib.

Şənlikdə ən gözəl Novruz xonçası və ən gözəl səməni üzrə müsabiqələr keçirilib. Gənc qızlar və xanımlar şəkərburaya naxış vurma müsabiqəsində iştirak ediblər. Qaliblərə hədiyyələr təqdim olunub.

Tədbirdə milli atributlar, şirniyyatlar, çay dəzgahı ilə bəzədilmiş guşə hazırlanıb.

Xatirə Qəmbərova tədbirin təşkil olunmasında əməyi keçənlərə — Fidan Şirinova, Aynur Qafarova, Ülviyyə Eyubova, Ülviyyə Cəbiyeva və başqa xanımlara təşəkkürünü bildirib.

Bənzər Xəbərlər

Mədəniyyət

Tünzalə Ağayeva “Bir ocaqda iki şairin işığı” adlı musiqili-poeziya gecəsində iştirak edib

May 7, 2026
Mədəniyyət

Qlobal Dizayn Forumu İstanbulda beynəlxalq dizaynerləri bir araya gətirəcək

May 6, 2026
Mədəniyyət

Mübariz Yunus qiraət gecəsi: 3 May və şəhidlər anılıb

May 5, 2026
Mədəniyyət

Mədəniyyət sahəsində qrantların verilməsinə dair xüsusi qayda müəyyənləşəcək

Aprel 28, 2026
Banner

Akademik Opera və Balet teatrında nələr baş verir?

Aprel 7, 2026
Cəmiyyət

Danışmaq mənim üçün çox çətindir - Ülvi Balayev 

Mart 31, 2026

XƏBƏR LENTİ

Sabah 28 dərəcə isti olacaq

09 May, 26 / 12:49

İlham Əliyev və xanımı Həzi Aslanovun məzarını ziyarət edib

09 May, 26 / 12:47

Prezident və xanımı Fəxri xiyabanda

09 May, 26 / 12:46

Lukaşenko İlham Əliyevi təbrik etdi

09 May, 26 / 12:44

Prezident təsdiqlədi: Bu, ağır cinayət hesab olunacaq

08 May, 26 / 20:39

ABŞ yüzə yaxın İran tankerini dayandırıb

08 May, 26 / 17:58

ABŞ İran dronuna qarşı yeni silahını sınaqdan keçirir

08 May, 26 / 17:56

Abşeron dairəvi yolunda stansiyaların sayı 40-a çatdırılacaq

08 May, 26 / 17:54

Prezident sərəncamı: Onlara birdəfəlik yardım ödənildi

08 May, 26 / 17:52

Bu qurumun maşınları da operativ nəqliyyat sayılacaq

08 May, 26 / 17:50

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.