Manşet

Xəzərin etibarlı qalxanı: Azərbaycan Hərbi Dəniz Qüvvələri 108 yaşında

5 Avqust 2026, 14:323
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün — 5 avqust Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələri (HDQ) Günüdür. Xəzər dənizində ölkəmizin suverenliyini və dəniz sərhədlərinin təhlükəsizliyini etibarlı şəkildə qoruyan milli donanmamızın yaradılmasından növbəti il ötür.

Zefer.media xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il avqustun 5-də Xəzər Hərbi Donanmasının yaradılması ilə milli dənizçilik tariximizin təməli qoyulub.

Müstəqilliyin ilk illərində ciddi çətinliklərlə üzləşən hərbi donanma, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qaydışından sonra yenidən formalaşdırılıb və inkişaf yoluna qədəm qoyub. Ümummilli Liderin 2001-ci il iyulun 29-da imzaladığı Fərmana əsasən, 5 avqust tarixi rəsmi olaraq Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Günü elan edilib.

Vətən müharibəsində dənizçilərin payı
Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün HDQ müasir texnika, gəmi əleyhinə raket kompleksləri və yüksək peşəkarlığa malik kadr potensialı ilə regionun en güclü donanmalarından birinə çevrilib.

44 günlük Vətən müharibəsində və lokal antiterror əməliyyatlarında Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları və dəniz piyadaları torpaqlarımızın azad olunmasında böyük şücaət göstərərək adlarını zəfər tariximizə qızıl hərflərlə yazdırıblar.

Hazırda milli donanmamız Xəzər dənizinin Azərbaycan sektorunda neft-qaz infrastrukturunun, dəniz sərhədlərinin qorunması və təhlükəsizliyin təmin edilməsi vəzifələrini yüksək səviyyədə yerinə yetirir.

Pərvin Hacıyeva 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600