Manşet

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək

18 İyun 2026, 18:410
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Türkiyə Milli Müdafiə Nazirliyi 2026-2027-ci illərdə Azərbaycan hərbçiləri üçün təlim keçəcək.

Zefer.media xəbər verir ki, bu barədə nazirliyin “X” sosial şəbəkə hesabında açıqladığı qonaq hərbi şəxsi heyətinin kvota planında qeyd olunub.

Məlumata görə, plan çərçivəsində 16 ölkədən – Azərbaycan, Burundi, Banqladeş, Qvineya, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Şimali Makedoniya, Liviya, Macarıstan, Mali, Monqolustan, Özbəkistan, Seneqal, Somali və Türkmənistandan ümumilikdə 448 hərbi qulluqçu üçün təlim kvotası ayrılıb.

Nazirlikdən əlavə olunub ki, il ərzində dost və müttəfiq ölkələrdən daxil olan əlavə müraciətlərə uyğun olaraq bu sayın artacağı gözlənilir. “Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən bir çox dost və müttəfiq ölkə ilə imzalanmış ikitərəfli sazişlər çərçivəsində təlim və məsləhət fəaliyyəti həyata keçirilir”, – məlumatda bildirilib.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600