• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22.1° Weather Columbus
$
1.7
€
1.9345
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Turizm

Türkiyə Antalyadakı bərpa olunan qədim məkanlarla mədəni irsin qorunmasına töhfəsini gücləndirir

20 İyul, 26 / 12:47
A A

Mədəni irs turizminə qlobal maraq artmaqda davam edir. Səyahətçilər getdikcə daha çox tarix, mədəni irs və yerli dəyərlərlə yaxından tanış olmağa imkan verən autentik təcrübələrə üstünlük verirlər. 2025-ci ildə mədəni irs turları bu bazarın 55,6 faizini təşkil edib ki, bu da mənalı və tarixə söykənən səyahətlərə marağın artdığını göstərir. Bu tendensiyanın gələcək illərdə də davam edəcəyi gözlənilir. Belə ki, sektorun həcminin 2026-cı ildəki 647,5 milyard ABŞ dollarından 2033-cü ilədək illik orta hesabla 5,4 faiz artaraq 937 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır.

Zefer.media xəbər verir ki, mədəni irs turizminə marağın artdığı bir dövrdə Türkiyə bəşəriyyətin ortaq tarixini yaşadan aparıcı istiqamətlərdən biri kimi diqqət çəkir. Burada ziyarətçilər dünyanın məlum olan ən qədim monumental tikili kompleksi Göbeklitəpədən Qərb sivilizasiyasının ən məşhur əfsanələrindən birinə ilham verən əfsanəvi Troya şəhərinədək uzanan zəngin tarixi irslə tanış ola bilirlər. Türkiyə bu mövqeyini mədəni irs nümunələrinin qorunması və bərpasına yönəlmiş layihələrlə daha da möhkəmləndirir. Son təşəbbüslər sırasında Andriake Arxeoloji Ərazisi və Likiya Sivilizasiyaları Muzeyində həyata keçirilən bərpa işləri, eləcə də Syedra Ziyarətçi Mərkəzinin istifadəyə verilməsi yer alır.

Genişmiqyaslı bərpa, yenidənqurma və abadlıq işlərindən sonra Antalyanın Demre rayonunda, Türk Rivierasının mərkəzində yerləşən Andriake Arxeoloji Ərazisi və Likiya Sivilizasiyaları Muzeyi yenidən ziyarətçilərin üzünə açılıb. Eyni zamanda, Antalyanın ən məşhur istirahət məkanlarından olan Alanyada yerləşən qədim Syedra şəhəri də yeni ziyarətçi mərkəzi ilə qonaqları qəbul etməyə başlayıb.

Qədim Likiyanın ən mühüm liman şəhərlərindən biri olan Andriake, Myra şəhərinin limanı kimi fəaliyyət göstərib. Şəhər ellinizm, Roma və Şərqi Roma dövrlərində regionun əsas limanlarından biri olub. Bu gün ziyarətçilər qədim limanın cənub hissəsində yerləşən və böyük ölçüdə qorunub saxlanılan tarixi qalıqları yaxından kəşf edə bilirlər. Burada vaxtilə şəhəri içməli su ilə təmin edən akveduk, monumental Roma fəvvarəsi – nimfeyon, Liman küçəsi, küçə boyunca qismən qorunub saxlanılan gəmi sığınacaqları və Plakoma aqorası əsas görməli məkanlar sırasındadır.

Andriake həmçinin Türkiyənin ilk uzunməsafəli yürüş marşrutu olan Likiya Yolunun üzərində yerləşir. Dünyanın ən gözəl yürüş marşrutlarından biri kimi Time Out nəşri tərəfindən seçilən bu marşrut, qısa müddət əvvəl The Telegraph qəzetinin Avropanın ən yaxşı 15 yürüş marşrutu siyahısına da daxil edilib. Bu məşhur marşrutla səyahət edənlər qədim Likiyanın izlərini kəşf etməklə yanaşı, Andriakedə həyata keçirilən son yenilənmə işləri ilə də tanış ola bilirlər. Layihə çərçivəsində tarixi abidənin orijinal görünüşü qorunmaqla əraziyə taxta traverslər və parçalanmış qranit daşlardan hazırlanmış ekoloji cəhətdən uyğun piyada yolları salınıb. Bu yeniliklər ziyarətçilərə ərazini daha rahat gəzməyə və Likiyanın dənizçilik irsini daha yaxından tanımağa imkan yaradır.

Piyada yolunun sonunda ziyarətçiləri arxeoloji ərazidə yerləşən və bərpa olunmuş qədim taxıl anbarında (Granarium) fəaliyyət göstərən Likiya Sivilizasiyaları Muzeyi qarşılayır. Son yenilənmələrdən sonra muzey qədim Likiya şəhərlərində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş eksponatların nümayiş olunduğu müasir sərgi zalları ilə ziyarətçilərin ixtiyarına verilib. Heykəllər, sarkofaqlar, kitabələr, sikkələr və digər qiymətli tapıntılar müasir ekspozisiya məkanlarında təqdim olunaraq Likiyanın tarixi və mədəniyyəti haqqında geniş təsəvvür yaradır. Muzeyin ən diqqətçəkən yeni eksponatları sırasında 2024-cü ildə Andriakedə aşkar edilmiş, “min çiçək” (millefiori) texnikası ilə bəzədilmiş şüşə panellər və rozetlər xüsusi yer tutur. Bu nadir nümunələr qədim Anadolu şüşə sənətkarlığının yüksək ustalığını nümayiş etdirir.

Bənzər Xəbərlər

Turizm

Türkiyənin sahilləri yay istirahətinə yeni nəfəs verir

İyul 13, 2026
Turizm

Kapadokiyada atçılıq irsi “II Kapadokiya At və Atçılıq Mədəniyyəti Festivalı” ilə qeyd olundu

İyul 8, 2026
Turizm

Romantik və dəbdəbəli bal ayı üçün Türkiyənin ən özəl ünvanları

İyul 2, 2026
Turizm

Türkiyənin “Gecə Muzeyləri” layihəsi üçüncü mövsümə başlayıb: 20 tarixi məkan ziyarətçiləri axşam saatlarında qəbul edəcək

İyun 15, 2026
Gündəm

Qlobal çağırışlar və regional potensial fonunda Azərbaycan turizmi: Mövcud vəziyyət və perspektivlər

İyun 15, 2026
Turizm

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

İyun 12, 2026

XƏBƏR LENTİ

Əraqçı Trampın İran aktivləri ilə bağlı qərarını sərt tənqid etdi

24 İyul, 26 / 20:12

“Qarabağ”ın oyunu bu hakimlərə tapşırıldı

24 İyul, 26 / 18:26

İspaniyada böyük meşə yanğınları

24 İyul, 26 / 18:22

Ağdamda keçmiş təmas xəttində yanğın davam edir

24 İyul, 26 / 18:20

Aİ İrana yeni sanksiyalar tətbiq edib

24 İyul, 26 / 18:19

“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb

24 İyul, 26 / 18:15

“İran xalqı ABŞ ilə danışıqlara nifrət edir”

24 İyul, 26 / 18:15

Rusiya XİN rəhbəri İrana səfər edəcək

24 İyul, 26 / 18:12

Qazaxıstan və Özbəkistan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olunub

24 İyul, 26 / 18:10

SEPAH region ölkələrinin əhalisinə çağırış edib: “ABŞ bazalarından uzaq durun”

24 İyul, 26 / 16:59

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.