• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22.9° Weather Ashburn
$
1.7
€
1.9452
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Transsərhəd heyvan xəstəliklərinə qarşı regional əməkdaşlıq gücləndirilir

02 İyul, 26 / 16:17
A A

Azərbaycanın sədrliyi ilə Gəncə şəhərində dabaq və xırdabuynuzlu heyvanların taunu üzrə Qərbi Avrasiya Regional Məsləhət Qrupunun (RMQ) növbəti iclası keçirilib.

Zefer.media xəbər verir ki, tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST), Qazaxıstan, Özbəkistan, Gürcüstan və Qırğızıstanın müvafiq qurumlarının, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatı Katibliyinin nümayəndələri iştirak ediblər. Eyni zamanda, Türkiyə, Rusiya, İran və digər ölkələrdən olan ekspertlər iclasa onlayn formatda qoşulublar.

AQTA sədrinin müavini Balarəhim Quliyev çıxışında ölkəmizdə heyvan sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. O qeyd edib ki, Azərbaycan 2024-cü ildə ÜHST tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripindən azad ölkə statusu əldə edib. Eyni zamanda, əvvəlki illərdə qazanılmış atların Afrika xəstəliyi və donuzların Afrika taunu xəstəliklərindən azad statusu da qorunub saxlanılır.
Çıxış zamanı region üçün ciddi epizootoloji risk yaradan dabaq xəstəliyi ilə mübarizə sahəsində görülən işlərə toxunulub.

Bildirilib ki, Azərbaycanın Dabaq Xəstəliyi üzrə Ölkə Nəzarət Proqramı qəbul edilib və ölkə Mərhələli Nəzarət Proqramı (PCP-FMD) çərçivəsində 3-cü səviyyəyə yüksəlib.

Balarəhim Quliyev Azərbaycanın 2027-ci ilədək Dabaq üzrə Regional Məsləhət Qrupuna sədrlik edəcəyini bildirərək, üzv ölkələr arasında əməkdaşlığın və təcrübə mübadiləsinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin Azərbaycanın Dabaq Xəstəliklərinə Nəzarət üzrə Avropa Komissiyasına (EuFMD) üzvlüyü çərçivəsində transsərhəd heyvan xəstəliklərinə qarşı hazırlıq və nəzarət tədbirlərinin gücləndirilməsi istiqamətində birgə fəaliyyətin əhəmiyyətini diqqətə çatdırıb.

İclasda regionda dabaq, xırdabuynuzlu heyvanların taunu və digər transsərhəd heyvan xəstəlikləri üzrə mövcud epizootoloji vəziyyət müzakirə olunub. Həmçinin bu xəstəliklərə qarşı profilaktika və nəzarət tədbirlərinin gücləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi və epizootoloji sabitliyin qorunması istiqamətində prioritet fəaliyyət istiqamətləri nəzərdən keçirilib.

Bənzər Xəbərlər

Cəmiyyət

Faktiki hava açıqlanıb

İyul 12, 2026
Hərbi

Mayor Zaur Hüseynova yeni rütbə verilib

İyul 11, 2026
Cəmiyyət

Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı keçirilib

İyul 11, 2026
Siyasət

ABŞ-İran qarşıdurması dərinləşir: Qlobal təhlükə siqnalı verilib

İyul 10, 2026
Manşet

Prezident İlham Əliyev fərman imzaladı

İyul 10, 2026
Cəmiyyət

“İki sahil” – 35 yaşında

İyul 10, 2026

XƏBƏR LENTİ

Hacıqabulda sərnişin avtobusu aşdı: 21 yaralı var

12 İyul, 26 / 11:27

Faktiki hava açıqlanıb

12 İyul, 26 / 11:25

Mayor Zaur Hüseynova yeni rütbə verilib

11 İyul, 26 / 20:16

QHT.az 11 yaşında

11 İyul, 26 / 20:12

Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı keçirilib

11 İyul, 26 / 19:17

“İndiki halda Avropa ölkələri müəyyən mənada Azərbaycandan asılıdır”- VİDEO

11 İyul, 26 / 13:40

ABŞ-İran qarşıdurması dərinləşir: Qlobal təhlükə siqnalı verilib

10 İyul, 26 / 22:22

Rəsmi Bakı İsrailin Türkiyəyə qarşı siyasi hücumunu əngəllədi – Təhlil

10 İyul, 26 / 15:12

Azərbaycan və Rusiya Samur çayı üzrə əməkdaşlığı müzakirə edib

10 İyul, 26 / 14:14

“ASAN xidmət”ə 100 milyonuncu müraciət qeydə alınıb

10 İyul, 26 / 13:53

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.