Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşündə qazaxlar və ruslar arasında tarixən ciddi münaqişələrin olmadığını bildirib.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, Tokayev xalqlar arasında dini və siyasi münasibətlər zəminində heç vaxt ciddi qarşıdurmaların yaşanmadığını deyib.
“Tarix boyu qazaxlar və ruslar arasında nə dinlərarası münasibətlər, nə də hər hansı siyasi əlaqələr baxımından münaqişə olub”, – deyə Tokayev bildirib.
Onun sözlərinə görə, iki xalq arasında qarşılıqlı əlaqələr uzun illər, hətta əsrlər boyu formalaşıb, keçmişdə yaşanan fikir ayrılıqları isə əsasən ayrı-ayrı təsərrüfat mübahisələri ilə məhdudlaşıb.
Aytən Yalçınqızı

















