İqtisadiyyat

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

15 Oktyabr 2026, 17:160
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) İllik Toplantılarında iştirak çərçivəsində Azərbaycanın da təmsil olunduğu Seçki Qrupunun növbəti toplantısına qatılıb.

 

Zefer.media AZƏRTAC-a istinadən xəbər verir ki, Taleh Kazımov toplantıda çıxışı zamanı qlobal iqtisadi proseslərin ölkəmizə təsirləri, maliyyə sabitliyinin daha da möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər və maliyyə sektorunun davamlı inkişafına yönəlmiş təşəbbüslər barədə danışıb. O, DB və BVF ilə uzunmüddətli əməkdaşlığın ölkədə institusional potensialın daha da genişləndirilməsinə və iqtisadi dayanıqlılığın artırılmasına mühüm töhfə verdiyini vurğulayıb.

 

Qeyd edək ki, DB və BVF-in üzv ölkələrinin dövlət və hökumət rəsmiləri, mərkəzi bank rəhbərləri və beynəlxalq maliyyə institutlarının nümayəndələrinin iştirak etdiyi bu toplantı çərçivəsində Seçki Qrupuna daxil olan ölkələrdə mövcud makroiqtisadi vəziyyət, inkişaf meyilləri, qarşıda duran çağırışlar, eləcə də qlobal iqtisadi proseslərin milli iqtisadiyyatlara təsiri ətrafında geniş müzakirələr aparılır.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600