Bu gün Rusiyanın Donetsk vilayətindəki Slavyansk və Kramatorsk şəhərlərinə endirdiyi zərbələr nəticəsində ən azı 10 nəfər yaralanıb. Şəhərlərdə mülki və infrastruktur hədəfləri vurulub.
Zefer.media xəbər verir ki, bunu Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşki bildirib.
Slavyanskda pilotsuz təyyarə hücumu səhər saat 9:20-də (Bakı vaxtı ilə) baş verib.
Dronlardan biri yaşayış massivindəki mağazaya dəyib və nəticədə yanğın baş verib. Üç nəfər yaralanıb.
Kramatorskda bir sıra hücumlar nəticəsində daha yeddi nəfər yaralanıb. Səhər saat 11:50-dən bəri (Bakı vaxtı ilə) Rusiya qüvvələri şəhərə doqquz dəfə hücum edib.
Əvvəlcə zərbələr üçün UMPK modulları olan FAB-250 hava bombalarından istifadə edilib.
Zərintac Mayisqızı

















