Manşet

Qazaxıstan prezidenti azərbaycanlı ictimai fəala təşəkkür etdi

31 Mart 2026, 15:3313
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev azərbaycanlı ictimai fəal Qazaxıstanın yeni Konstitusiya layihəsi üzrə ümumxalq referendumunun hazırlanmasında və keçirilməsində fəala iştirakına görə təşəkkür məktubu göndərib.

Zefer.media xəbər verir ki, Prezidentin təşəkkür məktubunda konstitusiya islahatlarının vətəndaşların hüquq və azadlıqlarının qorunması sistemini əhəmiyyətli dərəcədə gücləndirəcəyini, idarəetmə modelini dəyişdirəcəyini və cəmiyyətin inkişafına güclü təkan verəcəyini qeyd edərək, soydaşımızın biliyini, təcrübəsini və peşəkarlığının ölkəyə xidmət etməyə davam edəcəyini vurğulayıb.

Prezidentin təbrik məktubunu Qazaxıstanın keçmiş idman naziri, hal-hazırda Mangistau vilayəti icra hakimiyyətinin birinci müavini Askad Oralov təqdim edib.

Qeyd edək ki, Elmir Şahsuvarov keçən ilin noyabr ayında Qazaxıstanda məsənnətçiliyin və xeyriyyəçilik fəaliyyətinin inkişafına verdiyi töhfəyə görə Qazaxıstan Xalqları Assambleyasının “Jomart Jan” fərqlənmə nişanı ilə təltif olunub.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600