İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ölkəsi müharibə istəmir, lakin istənilən hücuma “qətiyyətlə” cavab verəcək.
Zefer.media “Iran International”a istinadən xəbər verir ki, Pezeşkian İranın müharibəyə can atmadığını və bu mesajın dünyaya açıq şəkildə çatdırıldığını bildirib.
“Biz müharibə istəmirik və bu, dünyaya verdiyimiz açıq mesajdır. Lakin heç vaxt hər hansı təcavüzə susaraq tamaşa etməyəcəyik və qətiyyətli cavab verəcəyik”, – deyə İran Prezidenti vurğulayıb.
Pezeşkian bildirib ki, regionda qeyri-sabitlik və xaos heç bir ölkəyə fayda verməyəcək və hamı üçün problemlər yaradacaq.
İran Prezidenti bu fikirləri Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) liderlər sammitində iştirak etmək üçün Tehrandan Bişkekə (Qırğızıstan) yola düşməzdən əvvəl səsləndirib.
Aytən Yalçınqızı

















