Bu gün İran prezidenti Məsud Pezeşkian Qırğızıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində ABŞ ilə bağlı açıqlama verib.
Zefer.media xəbər verir ki, Pezeşkian bildirib:
“ABŞ-nin öz öhdəliklərini pozmasına İran tərəfindən mütənasib cavab verilib”.
İran prezidenti əlavə edib ki, ABŞ Anlaşma Memorandumunda nəzərdə tutulan öhdəliklərini yerinə yetirməyə qayıdarsa, İran da dərhal qarşılıq verəcək.
Dövlət başçısı, habelə, İranın beynəlxalq öhdəliklərə münasibətini müdafiə edərək bildirib ki, ABŞ-dən fərqli olaraq, İran beynəlxalq öhdəliklərini və müqavilələrin icrasını yerinə yetirmək baxımından “parlaq təcrübəyə” malikdir.
Onun sözlərinə görə, Tehran hər zaman beynəlxalq hüququ tənzimləyən prinsiplər əsasında hərəkət edib.
Zərintac Mayisqızı

















