Gündəm

Özbəkistan ali təhsil müəssisələrinin Bakı sərgisi təhsil əlaqələrini genişləndirir – Ravşan Rayımjanov

24 May 2026, 17:1318
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bakıda keçirilən Özbəkistan ali təhsil müəssisələrinin üçüncü sərgisi iki ölkə arasında təhsil və mədəni əməkdaşlığın inkişafına mühüm töhfə verən platforma kimi çıxış edir. Sərgi çərçivəsində universitetlər beynəlxalq təhsil imkanlarını, tələbə mübadilə proqramlarını və yeni ixtisas istiqamətlərini təqdim edirlər.

Sərginin əhəmiyyəti barədə Zefer.media – ya açıqlama verən Özbəkistan Jurnalistikavə Kütləvi Kommunikasiya Universitetinin akademik işlər üzrə prorektoru Ravşan Zakiroviç Rayimjanov burdakı əsas məqsədin tərəfdaşlığın möhkəmləndirilməsi olduğunu bildirib : ” Bizim universitet, artıq üçüncü dəfədir ki, bu sərgidə mütəmadi olaraq iştirak edir.

Əsas məqsəd iki ölkə arasında dostluq və əməkdaşlığın gücləndirilməsi, həmçinin hər iki ölkənin prezidentlərinin təhsilə göstərdiyi diqqət nəticəsində tələbə mübadiləsinin genişləndirilməsidir. Yəni azərbaycanlı tələbələrin Özbəkistanda təhsil alması, eləcə də Özbəkistan vətəndaşlarının Azərbaycan ali təhsil müəssisələrində oxuması nəzərdə tutulur.

Əgər göstəricilərə baxsaq, nəticələrimiz ildən-ilə artmaqdadır. Belə ki, ilk ildə cəmi beş tələbə olmuşdusa, bu il onların sayı əlliyə çatıb. Bu da artıq ciddi bir göstəricidir.

Demək olar ki, Özbəkistanın Bakı şəhərində belə sərgilərin təşkil olunması iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişafı üçün ən vacib addımlardan biri hesab olunur”.

Pərvin Hacıyeva

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600