Moskva vilayətinin Pavlovski Posad şəhərində sakinlər partlayış səsləri eşidildiyini və tüstü göründüyünü bildiriblər.
Zefer.media Caliber.az – a istinadən xəbər verir ki, OSINT-analitikləri ASTRA-nın yaydığı videonu təhlil edərək tüstünün 1 May küçəsindəki 117 nömrəli evin ərazisində göründüyünü müəyyənləşdiriblər.
Yerli sakinlər şəhər üzərində dövrə vuran pilotsuz uçuş aparatı gördüklərini də bildiriblər.
Hadisə ilə bağlı məlumatlar dəqiqləşdirilir. Yerli hakimiyyət orqanları hələlik açıqlama verməyib.
Pərvin Hacıyeva

















