• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
14° Weather Ashburn
$
1.7
€
1.995
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Milli namus məsələsi: Fərid Salmanovun şantaj sxemi və saxta materiallar

23 Mart, 26 / 13:46
A A

REAL TV telekanalının efirində “Milli namus məsələsi” (“Milli şərəf məsələsi”) sənədli filminin premyerası baş tutub. Film çərçivəsində kanalın rəhbəri və tanınmış jurnalist Mirşahin Ağayev saxlanılan Fərid Salmanov ilə müsahibə aparıb.

Zefer.media xəbər verir ki, söhbət zamanı təqsirləndirilən şəxs çirkli böhtan kampaniyasının yaradılması və yayılması mexanizmlərini açıqlayıb.

Xatırladaq ki, Fərid Salmanov Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən hədə-qorxu ilə pul tələb etmə və kiberşantajla bağlı cinayət işi çərçivəsində saxlanılıb. Xaricdə olan bir qrup şəxs Azərbaycan Prezidentinin ailəsini şantaj etməyə çalışaraq, dövlət başçısının gəlini Alena Əliyeva ilə guya bağlı kompromat materialların yayılması ilə hədələyib.

Araşdırma zamanı yayılmış görüntülərin saxta olduğu sübuta yetirilib. Videoda Alena Əliyeva deyil, internetdə Amber Lulu ləqəbi ilə tanınan pornofilmlər aktrisası Anna Çetverikova yer alıb.

Müsahibənin əvvəlində Fərid Salmanov özünü normal hiss etdiyini və saxlanma şəraitində heç bir problem yaşamadığını bildirib. Mirşahin Ağayevin şantaj və hədələrlə bağlı fəaliyyətini məhz haradan həyata keçirdiyi sualına cavab verən Salmanov həmin vaxt xaricdə olduğunu və tələblərini də məhz oradan irəli sürdüyünü qeyd edib.

Saxlanılan şəxs saxtalaşdırılmış video və fotoların ona necə çatdığını da danışıb. Onun sözlərinə görə, bu materiallar barədə ilk dəfə bloqer Mehman Hüseynov vasitəsilə eşidib. Salmanov kadrlara şəxsən baxmaq üçün Mehman Hüseynovla Facebook sosial şəbəkəsi üzərindən əlaqə saxlamağa çalışsa da, cavab almayıb. Bundan qısa müddət sonra isə onunla Elman Əliyev və Zeki Salimov əlaqə saxlayıb. Məhz onlar saxta materialları ona WhatsApp messenceri vasitəsilə göndəriblər.

Maraqlıdır ki, Salmanov özü də əvvəlcədən videonun saxta olduğunu anlayıb. “Mən bu materiallara baxanda bunun Alena Əliyeva olduğuna inanmadım, oxşarlıq görmədim”, — deyə o, müsahibədə etiraf edib.

Salmanov bu barədə birbaşa E.Əliyev və Z.Salimovdan soruşduğunu da bildirib. Lakin Elman Əliyev kadrların həqiqi olduğunu deyərək, görüntüdəki fərqləri videonun guya “köhnə” olması ilə izah edib və buna görə də zahiri görünüşdə “müəyyən dəyişikliklər” yarandığını bildirib.

Jurnalist Mirşahin Ağayev cinayətin mənəvi tərəfinə də toxunaraq soruşub ki, əgər belə iyrənc böhtanın qurbanı onun öz doğmaları olsaydı, necə reaksiya verərdi. Saxlanılan şəxs günahını etiraf edib: “Mən bu əməli törətdiyimə görə peşmanam… Bu, düzgün deyildi”.

Fərid Salmanov bildirib ki, onun Rusiyanın Tümen şəhərində məktəbdə oxuyan 13 yaşlı oğlu var. Mirşahin Ağayevin oğlunun belə bir ataya görə qürur duymalı, yoxsa utanmalı olduğu barədə birbaşa sualına Salmanov başını aşağı salaraq belə cavab verib: “Yəqin ki, utanmalı”.

https://zefer.media/wp-content/uploads/2026/03/IMG_0928.mp4

Bənzər Xəbərlər

Manşet

Paşinyan Moskvaya parada niyə gəlmədi? - Açıqlama

May 11, 2026
Banner

Heydər Əliyevin 103-cü ildönümü ilə bağlı Moldovada anım tədbiri keçirilib - FOTOLAR

May 11, 2026
Cəmiyyət

Rayonlarda güclü külək əsəcək – Sarı xəbərdarlıq

May 11, 2026
Manşet

Putin Paşinyana “seçim et” deyərək Ermənistandakı radikal müxalifətin əlini gücləndirməyə çalışır - Elxan Şahinoğlu

May 11, 2026
Dünya

İran XİN: “ABŞ əsassız tələblərində israr edir”

May 11, 2026
Siyasət

İlham Əliyev Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub

May 10, 2026

XƏBƏR LENTİ

90 yaşlı müəllimə Şərifə Məmmədovanın yubiley tədbiri keçirilib

11 May, 26 / 18:40

Paşinyan Moskvaya parada niyə gəlmədi? - Açıqlama

11 May, 26 / 17:53

“Müharibədə qazanılan qələbə diplomatiya ilə başa çatdırılmalıdır”

11 May, 26 / 17:08

Aİ hantavirus aşkarlandığı gəmidən vətəndaşları geri qaytarmaq üçün dörd uçuş təşkil etdi

11 May, 26 / 16:59

İran və Səudiyyə Ərəbistanı ABŞ ilə danışıqları müzakirə edib

11 May, 26 / 16:48

Qəzzada İsrailin dron və artilleriya hücumları səngimək bilmir

11 May, 26 / 16:45

Heydər Əliyevin 103-cü ildönümü ilə bağlı Moldovada anım tədbiri keçirilib - FOTOLAR

11 May, 26 / 15:43

Paşinyan hazırda Aİ və AİB arasında seçimlə bağlı referenduma ehtiyac görmür - Paşinyan

11 May, 26 / 15:25

Rayonlarda güclü külək əsəcək – Sarı xəbərdarlıq

11 May, 26 / 14:53

“Britaniya İranla müharibəni dəstəkləmir”

11 May, 26 / 14:49

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.