Milli Məclisin deputatı Məşhur Məmmədov yeni iş həftəsinə vətəndaş qəbulu ilə başlayıb.
Zefer.media xəbər verir ki, qəbul Masallı rayonunda yerləşən Yeni Azərbaycan Partiyasının (YAP) inzibati binasında keçirilib.
Qəbulda 20 nəfər iştirak edib. Onların arasında Vətən müharibəsi qazisi də olub.
Görüşdə millət vəkilinin köməkçiləri ilə yanaşı, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev də iştirak edib. Vətəndaşların müraciətləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin həlli üçün müvafiq addımlar atılıb.
Deputat qeyd edib ki, bəzən vətəndaşların müraciətləri yerindəcə həll edilsə də, onun səlahiyyətidən kənar olan məsələlər də olur. Belə hallarda müraciətlər aidiyyəti qurumlara göndərilir və nəticə barədə nəzarət tərəfimizdən davam etdirilir.
Millət vəkili həmçinin bildirib ki, hər bir seçicinin müraciəti onun üçün önəmlidir və qaldırılan məsələlərin operativ, qanunauyğun həlli daim diqqət mərkəzində saxlanılır.


















