Kiyevdə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və Baş Kəşfiyyat İdarəsinin (GUR) əməkdaşları arasında atışma baş verdiyi barədə yerli “Telegram” kanalları məlumat yayıb.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, ilkin məlumata görə, insident Rusiya Könüllülər Korpusunun (RDK) komandir müavini Stepan Kalpunovun yoxa çıxması ilə bağlıdır.
Ukrayna KİV-lərinin məlumatına əsasən, GUR əməkdaşları Kalpunovun qaçırılmasında şübhəli bilinən SBU nümayəndələrini saxlamaq üçün hadisə yerinə gəlib. Bundan sonra tərəflər arasında atışmanın başladığı bildirilir.
Kalpunovun avqustun 23-də evinin yaxınlığında yoxa çıxdığı qeyd olunur.
Aytən Yalçınqızı

















