Banner

İran XİN Azərbaycana təşəkkür edib

14 Aprel 2026, 20:021
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bu çətin dövrdə İranla həmrəy olduqlarına görə Azərbaycana və bir sıra digər ölkələrə minnətdarlığını bildirib.

Zefer.media xəbər verir ki, bu barədə İran XİN sözçüsü özünün “X” hesabında paylaşım edib.

“Regionda və dünyada müsəlman xalqları və vicdanlı, ədalət axtaran insanların İran xalqının qəhrəmancasına müqavimətinə dəstək olaraq göstərdikləri misilsiz həmrəylik və ABŞ–İsrailin qəddar təcavüzünə qarşı çıxmaları dərin minnətdarlıqla qarşılanır.

İranlılar küçələrə və ictimai meydanlara çıxaraq dünyanın müxtəlif yerlərində – İraq, Yəmən, Livan, Türkiyə, Pakistan, Əfqanıstan, Hindistan və bir sıra Afrika ölkələrində, eləcə də Tacikistan, Azərbaycan, Meksika, Kuba, Yaponiya, Fransa, Böyük Britaniya, Braziliya və hətta ABŞ-ın özündə – həmrəylik və dəstək ifadə edən milyonlarla insanın varlığını heç vaxt unutmayacaqlar. Bu insanlar İran xalqının böyük sivilizasiyasına qarşı aparılan qanunsuz ABŞ–İsrail müharibəsinə qarşı müdafiəsini dəstəkləyiblər”, – Bəqayi qeyd edib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600