Banner

İran Azərbaycana yenidən təşəkkür edib

18 Aprel 2026, 17:451
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün Antalya Diplomatiya Konfransı çərçivəsində İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə ABŞ-İran danışıqları ilə bağlı açıqlama verib.

Zefer.media xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.

O, bildirib ki, Vaşinqtonun mövqeyi Tehranla razılaşmanın əldə olunmasına mane olur və danışıqların ikinci mərhələsinin tarixi hələlik müəyyənləşdirilməyib.

İran-Azərbaycan münasibətlərinə də toxunan Xətibzadə qeyd edib ki, iki ölkə arasında qonşuluq əlaqələri hazırda yüksək səviyyədədir. Onun sözlərinə görə, İran prezidenti Məsud Pezeşkian və Azərbaycan Prezidenti İlham Əliyev arasında bu yaxınlarda baş tutan telefon danışığında münasibətlərin davam etdiriləcəyi bir daha vurğulanıb.

“Bizim Azərbaycan Respublikası ilə münasibətlərimiz çox yaxşıdır”, – deyə Xətibzadə vurğulayıb.

İran rəsmisi eyni zamanda Azərbaycan xalqına və Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600