İran parlamentinin sədri Məhəmmədağır Qalibaf Çinin ABŞ-nin İrana qarşı yeni sanksiyalarını rədd edən mövqeyinə görə Pekinə təşəkkür edib.
Zefer.media xəbər verir ki, bununla bağlı, Qalibaf özünün “X” hesabında paylaşım edərək yazıb:
“Çinin İrana qarşı qanunsuz sanksiyaları rədd edən prinsipial mövqeyini alqışlayırıq.
İran-Çin hərtərəfli strateji tərəfdaşlığı qarşılıqlı hörmətə, qarşılıqlı faydaya əsaslanan əməkdaşlığa və çoxqütblü dünya ilə bağlı ortaq baxışa söykənir. Bu münasibətin heç kimin icazəsinə ehtiyacı yoxdur”.
Zərintac Mayisqızı

















