• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.995
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

İlham Əliyev Şahbaz Şərifi 23 Mart – Pakistan Günü münasibətilə təbrik edib

23 Mart, 26 / 16:18
A A

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş Naziri Şahbaz Şərifə 23 Mart – Pakistan Günü münasibətilə təbrik məktubu göndərib.

Zefer.media məktubda deyilənləri təqdim edir :

“Öz adımdan və Azərbaycan xalqı adından Sizə və qardaş Pakistan xalqına 23 Mart – Pakistan Günü münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Bu gün Azərbaycan-Pakistan münasibətləri, dərin tarixi köklərə və ortaq dini-mənəvi dəyərlərə malik qardaş xalqlarımızın iradəsindən qaynaqlanaraq, yüksək səviyyədədir. Yüksək səviyyəli qarşılıqlı səfərlərimiz, sıx əlaqələrimiz, aktiv dialoqumuz dövlətlərarası münasibətlərin bütün sahələrdə möhkəmlənməsinə, ikitərəfli və çoxtərəfli əsaslarda yeni əməkdaşlıq imkanlarının reallaşdırılmasına mühüm təkan verir. Bu kontekstdə keçən il ölkəmizə etdiyiniz səfərləri xüsusi qeyd etmək istərdim.

Azərbaycan və Pakistan arasında münasibətlər çoxtərəfli əməkdaşlıq gündəliyinə malikdir. Ölkələrimizin siyasi, iqtisadi, ticarət, sənaye, energetika, nəqliyyat-logistika, müdafiə, investisiya, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı hər gün yeni məzmunla zənginləşir. Bir müddət əvvəl İslamabadda ilk ASAN xidmət mərkəzinin açılması genişmiqyaslı dövlətlərarası əməkdaşlığımızın yeni praktiki nəticəsidir. İkitərəfli əməkdaşlıq əsasında qısa müddət ərzində əldə etdiyimiz uğurlar xalqlarımızın rifahına və firavanlığına, bölgəmizdə əməkdaşlığa xidmət edir.

Azərbaycan və Pakistan arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlıq çoxtərəfli müstəvidə də uğurla davam edir. Regional və qlobal məsələlərə dair ortaq baxışlarımız, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək Azərbaycan-Pakistan qardaşlığının və həmrəyliyinin bariz nümunələridir.

Siz tərəfindən dövlətlərarası münasibətlərin və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi naminə daim nümayiş etdirilən qətiyyət və əzmkarlığı yüksək qiymətləndirirəm.

Əminəm ki, qardaş ölkələrimiz arasında formalaşmış Azərbaycan-Pakistan strateji tərəfdaşlığı, xalqlarımızın ortaq maraqlarına tam cavab verən, qarşılıqlı qətiyyətli səylərimiz sayəsində bundan sonra da möhkəmlənəcək və dərinləşəcək”.

Bənzər Xəbərlər

Dünya

BƏƏ İrandan atılan raket və dronları vurdu

May 8, 2026
Gündəm

“Qızıl Şah” Milli Kulinariya Çempionatı başlayıb: Beynəlxalq arenada dad və peşəkarlıq mübarizəsi aparılır

May 8, 2026
Banner

İran gərginliyi fonunda Misir qırıcıları BƏƏ-də yerləşdirildi

May 8, 2026
Gündəm

Türk Mətbəxi Həftəsi 2026-nın mövzusu açıqlanıb: “Bir Süfrədə Miras”

May 8, 2026
Dünya

Tramp: “Azadlıq layihəsini Pakistanın xahişi ilə dayandırdıq”

May 8, 2026
Gündəm

 

May 8, 2026

XƏBƏR LENTİ

Sabah 28 dərəcə isti olacaq

09 May, 26 / 12:49

İlham Əliyev və xanımı Həzi Aslanovun məzarını ziyarət edib

09 May, 26 / 12:47

Prezident və xanımı Fəxri xiyabanda

09 May, 26 / 12:46

Lukaşenko İlham Əliyevi təbrik etdi

09 May, 26 / 12:44

Prezident təsdiqlədi: Bu, ağır cinayət hesab olunacaq

08 May, 26 / 20:39

ABŞ yüzə yaxın İran tankerini dayandırıb

08 May, 26 / 17:58

ABŞ İran dronuna qarşı yeni silahını sınaqdan keçirir

08 May, 26 / 17:56

Abşeron dairəvi yolunda stansiyaların sayı 40-a çatdırılacaq

08 May, 26 / 17:54

Prezident sərəncamı: Onlara birdəfəlik yardım ödənildi

08 May, 26 / 17:52

Bu qurumun maşınları da operativ nəqliyyat sayılacaq

08 May, 26 / 17:50

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.