• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
12.4° Weather Ashburn
$
1.7
€
1.909
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Hikmət Hacıyev: "Prezident Tramp sülh prosesinə öz siyasi nüfuzunu qoydu"

02 Oktyabr, 26 / 10:40
A A

“Donald Tramp hakimiyyətə gələndə və biz onlarla birbaşa təmas qurduqda, sülhə olan sadiqliyimizi bir daha təkrarladıq”.

Zefer.media xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev CAMCA (Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstan) Regional Forumunda deyib.

O bildirib ki, həmin vaxtdan bəri onların tərəfindən də daha güclü qarşılıqlı münasibət gördük:

“Sülh gündəliyinizi dəstəkləyirik, nə lazımdırsa bizə bildirin”, – dedilər. Biz də bildirdik ki, sizin siyasi nüfuzunuza və ABŞ-nin daha güclü dəstəyinə ehtiyacımız var. Bu prinsiplər əsasında prosesə başladıq və zənnimcə, Prezident Tramp öz siyasi nüfuzunu bu prosesə qoydu”.

Prezidentin köməkçisi Azərbaycanın yaşıl gündəliyindən danışıb:

“Biz iqlim diplomatiyasını tam dəstəkləyirik, baxmayaraq ki, bu bizim üçün yeni mövzudur. Karbohidrogen ixracatçısı olan Azərbaycan, eyni zamanda, yaşıl enerji transformasiyasını fəal şəkildə dəstəkləyir və biz yaşıl texnologiyaya əsaslanan elektrik enerjisi ixracatçısına çevrilirik.

Həmçinin Mərkəzi Asiyanın potensialı ilə Azərbaycanın potensialını birləşdirərək, bu elektrik potensialını Avropa qitəsinə çatdırırıq. Yaşıl enerjiyə dayanan strateji düşüncəmiz ondan ibarətdir ki, Avropa rəqəmsal transformasiya və süni intellektin inkişafı məqsədlərini müəyyən edib. Lakin bunlar böyük həcmdə elektrik enerjisi tələb edir və Avropa bu qədər enerjini özü istehsal etmək iqtidarında deyil. Bu baxımdan Xəzər regionu Şimal dənizi ilə rəqabət apara biləcək gücdədir.

Burada rəqabətdən çox, bir-birini tamamlamaqla Avropa bazarına zəruri olan əlavə enerji resurslarını çatdırmaqdan söhbət gedir. Lakin yaşıl fanatizmi bir kənara qoysaq, karbohidrogenlər olmadan tam enerji təhlükəsizliyini təmin etmək mümkün deyil. Azərbaycan burada ümumavropa enerji tədarükçüsü kimi çıxış edir və Avropanın enerji təhlükəsizliyini təmin edir. Avropa qitəsindəki 16 ölkə, o cümlədən Aİ-nin 10 üzv ölkəsi Azərbaycandan qaz idxal edir. Biz bu gündəliyi genişləndirməyi səbirsizliklə gözləyirik”.

Bənzər Xəbərlər

Gündəm

Füzuli yenidən qurulur: Böyük Qayıdışın və yeni inkişaf dövrünün ünvanı

Oktyabr 17, 2026
Gündəm

Asiya qitəsində sabitlik və təhlükəsizlik qlobal təhlükəsizliyin tərkib hissəsidir

Oktyabr 17, 2026
Gündəm

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Oktyabr 16, 2026
Gündəm

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Oktyabr 16, 2026
Gündəm

Bəhruz Məmmədzadə yenidən Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü seçilib

Oktyabr 16, 2026
Gündəm

Ferhat Göçer Bakıda Eyyub Hüseynzadənin təşkilatçılığı ilə dördüncü dəfə konsert verəcək - VİDEO

Oktyabr 16, 2026

XƏBƏR LENTİ

Füzuli yenidən qurulur: Böyük Qayıdışın və yeni inkişaf dövrünün ünvanı

17 Oktyabr, 26 / 10:33

Asiya qitəsində sabitlik və təhlükəsizlik qlobal təhlükəsizliyin tərkib hissəsidir

17 Oktyabr, 26 / 10:20

Ramiz Mehdiyevin təltifləri əlindən alına bilər

16 Oktyabr, 26 / 21:50

Türkiyə iqtisadiyyatının 2026-cı ildə 3,3 faiz böyüməsi gözlənilir

16 Oktyabr, 26 / 21:50

Seymur Nəcəfova yüksək vəzifə verildi

16 Oktyabr, 26 / 21:47

Zelenski Trampın onu “günah keçisi” etməsi ilə bağlı suala gülümsəyərək cavab verib

16 Oktyabr, 26 / 21:45

Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır

16 Oktyabr, 26 / 21:44

Zelenski ABŞ-dən enerji atəşkəsi müqabilində nə istədiyini açıqlayıb

16 Oktyabr, 26 / 21:41

Türkiyə 9 ildən sonra ilk dəfə Ermənistanın Müstəqillik Gününü yüksək səviyyədə qeyd edib

16 Oktyabr, 26 / 21:38

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

16 Oktyabr, 26 / 21:38

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.