Banner

Həyat yoldaşı Polad Həşimovun bu fotosunu paylaşdı

2 Aprel 2026, 13:207
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova onun Aprel döyüşlərində cəbhədə çəkilmiş fotosunu “Facebook”da paylaşıb.

Zefer.media xəbər verir ki, həmin döyüşlərdə Polad Həşimov 1-ci Ordu Korpusu komandirinin müavini, qərargah rəisi vəzifəsində xidmət edib.

Aprel döyüşlərində Tərtər rayonunun Talış istiqamətində yerləşən əlverişli mövqeləri, o cümlədən Talış yüksəkliyi Polad Həşimovun rəhbərliyi ilə işğaldan azad olunub. Bu döyüşlərdə fərqləndiyinə görə Prezident İlham Əliyev onu “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Talış yüksəkliklərində 7 döyüş postundan biri məhz onun şərəfinə “Polad postu” adlandırılıb.

Xatırladaq ki, 2019-cu ildə general-mayor rütbəsinə yüksələn P.Həşimova 2020-ci il dekabrın 9-da ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Məlumat üçün diqqətə Aprel döyüşlərindən 10 il ötür.

 

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600