Təhsil

“Hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür”

8 Sentyabr 2026, 14:173
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür. Bu proses məktəbdə formalaşır və çox ciddi problemdir.

Zefer.media APA-ya istinadla xəbər verir ki, bunu PİSA 2025 – Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, Azərbaycanda oxu bacarıqlarının inkişafına kifayət qədər diqqət yetirilmir:

“Buna müəllimlərin işə qəbulundan və sertifikatlaşdırılmasından başlamalıyıq. Amma yalnız qrammatik suallar və dil qaydalarını bilməyi yoxlayan suallar versək, heç bir dəyişiklik əldə etməyəcəyik. Bu, oxu bacarıqlarına təsir etmir”.

O vurğulayıb ki, Azərbaycan oxu bacarıqları üzrə əsaslı şəkildə geri qalır. Belə ki, PİSA 2025 nəticələrinə əsasən, Azərbaycan bu göstərici üzrə 71-ci yerdə qərarlaşıb:

“Bu, bizim müəllimlərimizin və təhsil ictimaiyyətinin ən ciddi şəkildə müzakirə etməli olduğu məsələlərdən biri olmalıdır”, – nazir əlavə edib.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600