Banner

Güney Azərbaycanın incisi yenidən nəfəs alır

15 Aprel 2026, 14:392
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Son günlər yağan yağışlardan sonra Urmu gölündə su səviyyəsinin artdığı və gölün yenidən canlandığı bildirilir.

Zefer.media xəbər verir ki, bununla bağlı, “Tasnim News” agentliyi görüntülər paylaşıb.

Güney Azərbaycanın incisi sayılan Urmu gölü hazırda həm yerli əhali, həm də İranın müxtəlif bölgələrindən gələn turistlər üçün cəlbedici məkana çevrilib.

Görüntülərdə göldə canlanmanın artdığı, təbiətin əvvəlki gözəlliyini qismən geri qazandığı diqqət çəkir.

Qeyd edək ki, Urmu gölü uzun illərdir quruma təhlükəsi ilə üz-üzədir və son yağışlar bölgədə ümidverici dəyişiklik kimi dəyərləndirilir.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600