Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 7-8 iyul tarixlərində Ankaradakı Prezident Sarayında 32 dövlət və hökumət başçısı ilə görüşəcək.
Zefer.media xəbər verir ki, Ərdoğan ABŞ prezidenti Donald Tramp, Fransa prezidenti Emmanuel Makron, Finlandiya prezidenti Aleksandr Stubb, Slovakiya prezidenti Peter Pelleqrini, Böyük Britaniyanın baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merz, İtaliyanın baş naziri Corcia Meloni, Kanadanın baş naziri Mark Karni, Albaniyanın baş naziri Edi Rama, Bolqarıstanın baş naziri Rumen Radev, Monteneqronun baş naziri Milojko Spajic, NATO-nun baş katibi Mark Rutte və Avropa Şurasının prezidenti Antonio Kosta kimi liderlərlə görüşəcək.
Görüşdən sonra Türkiyə lideri ABŞ Prezidenti Tramp və bəzi digər liderlər Beştəpə Milli Sərgi Salonunda ayrıca mətbuat konfransları keçirəcəklər.
















