Nyu Yorkda keçirilən BMT Baş Assambleyasının 81-ci sessiyası zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kürsüdə çıxış edərkən İsrail nümayəndə heyəti zalı tərk edib.
Zefer.media xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
Ərdoğan çıxışına başlayan zaman İsrail nümayəndələri etiraz əlaməti olaraq yerlərindən qalxaraq zalı tərk ediblər və bu anlar canlı yayım kameralarına əks olunub.
Qeyd edək ki, İran nümayəndə heyəti də ABŞ Prezidenti Trampın çıxışı zamanı zalı tərk edib.

















