• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
25.9° Weather Ashburn
$
1.7
€
1.9452
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Cəlil Xəlilov İsmayıllıda çağırışçılar qarşısında çıxış etdi - FOTO

03 İyul, 26 / 15:37
A A

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteraları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 2 iyul 2026-cı il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) İsmayıllı Rayon Şöbəsindən əsgərliyə yola salınan çağırışçılar qarşısında çıxış edib.

Zefer.media xəbər verir ki, gənclərə hərbi xidmətdə uğurlar arzulayan polkovnik, Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyin hər bir şəxs üçün böyük qürur və iftixar mənbəyi olduğunu bildirib:

“Azərbaycan Silahlı Qüvvələrində xidmət etmək, vətənin müdafiəsinə qatılmaq, onun təhlükəsizliyində yer almaq hər bir şəxs üçün qürur mənbəyidir. Çünki ordu xalqımızın və dövlətimizin təhlükəsizliyinin qarantı, onun qüdrətinin göstəricisidir. Bu gün siz qalib bir ordunun sıralarında xidmətə yola salınırsınız. Düz 6 il bundan öncə erməni faşizmini darmadağın edərək işğaldakı torpaqları azad edən bu ordu, hazırda bütün dünyanın 50 ən güclü orduları sırasındadır. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar, düşmənə qarşı mübarizədə tətbiq etdiyi taktikalar Rusiya, Çin, ABŞ kimi böyük dövlətlər tərəfindən belə böyük diqqətlə tədqiq edilməkdə, öyrənilməkdədir. Siz məhz belə bir orduda xidmət edəcək – əldə silah vətənin müdafiəsində yer almaqla şərəfli bir missiyada iştirak etmiş olacaqsınız. İnanıram ki, hər biriniz sizə olan etimadı doğruldacaq, öz nümunəvi xidmətinizlə ailənizlə yanaşı, xalqımız və dövlətimiz üçün də qürur mənbəyinə çevriləcəksiniz”.

Polkovnik Cəlil Xəlilov son illər SHXÇDX-də həyata keçirilən islahatlara toxunub, çağırış sistemində əldə olunan böyük nailiyyətlərə diqqət çəkib:

“Bizim üçün sevindiricidir ki, dövlət başçısının diqqəti və qayğısı sayəsində SHXÇDX-nin fəaliyyətində son illər çox ciddi dəyişikliklər baş verib, önəmli nailiyyətlər əldə olunub. SHXÇDX-də işin çevik, müasir tələblər səviyyəsində təşkili, hər bir addımda vətəndaş məmnunluğunun nəzərə alınması, elektron xidmətlərin genişləndirilməsi və s. cəmiyyət tərəfindən də məmnunluqla qarşılanmaqdadır. Mən bütün bu uğurlara görə SHXÇDX-nin hər bir əməkdaşını, xüsusilə də Xidmət rəisi general-mayor Mürsəl İbrahimovu təbrik edir, onlara öz fəaliyyətində uğurlarlar arzulayıram.

Bu gün burada – SHXÇDX-nin İsmayıllı Rayon Şöbəsində şahid olduqlarımdan sonra bir daha əmin oldum ki, SHXÇDX öz tarixi inkişafı yolunda sözün həqiqi mənasında keyfiyyətcə yeni bir mərhələyə daxil olub və bu yolda sürətlə irəliləməkdədir. Mən çağırışçılarla işi yüksək səviyyədə quruğuna, onlara, eləcə də çağırışçıların valideynlərinə münasibətdə xüsusi həssaslıq göstərdiyinə, rayonda vətənpərvərlik tərbiəsinin təbliği sahəsində geniş iş apardığına, şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə SHXÇDX-nin İsmayıllı Rayon Şöbəsinin rəisi pokovnik Xaqani Fərzəliyevə də xüsusi təşəkkürümü bildirirəm”.

Çağırışçılar qarşısında çıxış edən SHXÇDX-nin İsmayıllı Rayon Şöbəsinin rəisi polkovnik Xaqani Fərzəliyev çağırışçılara hərbi xidmətdə uğrular arzulayıb, onların vətənə ləyaqətlə xidmət edəcəyinə inamını ifadə edib. Daha sonra polkovnik Xaqani Fərzəliyev hər bir çağırışçı ilə vidalaşaraq onları avtobusa qədər müşayiət edib.

Bənzər Xəbərlər

Gündəm

“İndiki halda Avropa ölkələri müəyyən mənada Azərbaycandan asılıdır”- VİDEO

İyul 11, 2026
Gündəm

Azərbaycan və Rusiya Samur çayı üzrə əməkdaşlığı müzakirə edib

İyul 10, 2026
Gündəm

“ASAN xidmət”ə 100 milyonuncu müraciət qeydə alınıb

İyul 10, 2026
Gündəm

Azərbaycanda yayılan çəyirtkələr Qazaxıstan və Rusiyadan gəlib – AQTA

İyul 9, 2026
Gündəm

Xaricdə hərbi münaqişəyə qoşulan azərbaycanlı vətəndaşlıqdan məhrum edilə bilər - XİN

İyul 8, 2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 100
Dünya

NATO sammitinə görə Ukraynaya hər il 80 milyard dollar ayrılır

İyul 8, 2026

XƏBƏR LENTİ

Hacıqabulda sərnişin avtobusu aşdı: 21 yaralı var

12 İyul, 26 / 11:27

Faktiki hava açıqlanıb

12 İyul, 26 / 11:25

Mayor Zaur Hüseynova yeni rütbə verilib

11 İyul, 26 / 20:16

QHT.az 11 yaşında

11 İyul, 26 / 20:12

Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı keçirilib

11 İyul, 26 / 19:17

“İndiki halda Avropa ölkələri müəyyən mənada Azərbaycandan asılıdır”- VİDEO

11 İyul, 26 / 13:40

ABŞ-İran qarşıdurması dərinləşir: Qlobal təhlükə siqnalı verilib

10 İyul, 26 / 22:22

Rəsmi Bakı İsrailin Türkiyəyə qarşı siyasi hücumunu əngəllədi – Təhlil

10 İyul, 26 / 15:12

Azərbaycan və Rusiya Samur çayı üzrə əməkdaşlığı müzakirə edib

10 İyul, 26 / 14:14

“ASAN xidmət”ə 100 milyonuncu müraciət qeydə alınıb

10 İyul, 26 / 13:53

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.