Təhsil

Beşinci qrup üzrə qəbul planı açıqlanıb

20 Avqust 2026, 16:051
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

2026/2027-ci tədris ili üçün V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul planı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən Zefer.media-ya bildirilib ki, qəbul planına əsasən, V ixtisas qrupu üzrə Azərbaycan bölməsinə 1 471, rus bölməsinə 115, hər iki bölmənin birgə müsabiqəsi üzrə 3 149 yer olmaqla, ümumilikdə 4 735 plan yeri ayrılıb.

Dövlət sifarişi əsasında ayrılan plan yerlərinin sayı isə 1 543-dür.

Qeyd olunub ki, V ixtisas qrupu üzrə xüsusi qabiliyyət imtahanı tələb olunan ixtisaslar arasında ən çox plan yeri ümumi fiziki hazırlıq (585 yer), dizayn (460 yer), fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (455 yer), instrumental ifaçılıq (302 yer) və təsviri incəsənət müəllimliyi (285 yer) ixtisaslarına ayrılıb.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600