Cəmiyyət

Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub – VİDEO

19 Oktyabr 2026, 14:275
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında hərbi qulluqçu üzərində mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Zefer.media – ya verilən məlumata görə, təngnəfəslik və döş qəfəsində ağrı şikayətləri ilə hospitala müraciət edən hərbi qulluqçunun müayinələri zamanı aortal qapağın ciddi çatışmazlığı, eləcə də aort kökü və qalxan aortanın genişlənməsi ilə müşayiət olunan anevrizma aşkarlanıb.

Xəstəyə Bentall əməliyyatı icra olunub. Əməliyyat zamanı aortal qapaq protezləşdirilib, aort kökü və qalxan aorta protez damar ilə əvəzlənib, tac arteriyalar yeni protez damara birləşdirilib.

Hazırda hərbi qulluqçunun vəziyyəti qənaətbəxşdir. O, özünü yaxşı hiss edir və həkim nəzarəti altında bərpa prosesini davam etdirir.

https://youtu.be/X9tk1eusMVk?si=t-JeMJndN9qLXKir

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600