Siyasət

“ASAN xidmət”in tətbiqi ilə bağlı daha 3 memorandum imzalandı

11 Noyabr 2026, 12:263
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə BMT-nin Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyası, Cibuti Respublikasının Rəsmiləşdirmə və Sosial Müdafiə üzrə Əmək Nazirliyi, eləcə də Şri-Lanka Demokratik Sosialist Respublikasının Dövlət İdarəçiliyi, Əyalət Şuraları və Yerli Özünüidarəetmə Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.

Zefer.media xəbər verir ki, BMT tərəfi ilə imzalanmış Memorandum “ASAN xidmət” təcrübəsinin Komissiyaya üzv 21 dövlətlə paylaşılmasını, eləcə də bu istiqamətdə əməkdaşlığın təşviqini nəzərdə tutur.

Şri-Lanka və Cibuti ilə imzalanmış sənədlər “ASAN xidmət” modelinin və qabaqcıl təcrübəsinin həmin dövlətlərdə tətbiqini ehtiva edir.

Anlaşma memorandumları “Birləşmiş Millətlər Təşkilatının (BMT) İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı Bakıda keçirilən beynəlxalq sammit çərçivəsində imzalanıb.

Hazırda “ASAN xidmət” təcrübəsi 50-dən çox ölkə ilə paylaşılır.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600