Cəmiyyət

Allergik rinit və adi soyuqdəymə arasındakı fərqlər – Maraqlı araşdırma

6 Aprel 2026, 13:363
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İnsanlar tez-tez allergik riniti soyuqdəymə ilə qarışdırırlar ki, bu da təsirsiz və üstəlik insanın sağlamlığına zərərli olan müalicəyə gətirib çıxara bilər.

Zefer.media xəbər verir ki, mütəxəssislər bunları bir-birindən ayırmağın bir neçə yolları olduğunu vurğulayırlar.

Allergik rinit həmişə allergenin olması səbəbindən yaranır. Bundan əlavə sözügedən xəstəlik demək olar ki, həmişə allergik konyunktivitlə müşayiət edilir: göz qapaqları iltihablanır və qızarır, gözlər sulanır.

Bunun əksinə isə soyuq rinit həmişə üç mərhələdən ibarətdir: əvvəlcə burun axıntısı sulu, sonra seroz və nəhayət irinli olur.

Yazda, çiçəkləmə mövsümü ilə əlaqədar allergiya ilə nəticələnəcək amillərin sayı da artır. İnsanlar ən çox çiçəkli ağacların, otların və alaq otlarının tozcuqlarına reaksiya verirlər.

Həkimlər deyir ki, tez-tez güclü allergen hesab edilən qovaq tükü reaksiyaya səbəb olmur. Lakin tükün yapışqan teksturası digər bitkilərdən tozcuqları toplayır və bu da onu allergenə çevirir.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600