ABŞ-nin Vaşinqton ştatında Energetika Nazirliyinin əməkdaşı Eşton Hamed Ellabudi saxlanılıb. O, husilərə maddi dəstək göstərməyə cəhd etməkdə ittiham olunur.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, istintaqın versiyasına görə, Ellabudi partlayıcı maddələrin və pilotsuz uçuş aparatlarının hazırlanması üçün materiallar alıb.
İttiham üzrə təqsirli bilinərsə, onu 20 ilədək həbs cəzası gözləyir.
Qəmər Kazımzadə

















