Dünya

Ərdoğandan Qarabağla bağlı qürurverici mesaj

24 Noyabr 2026, 15:292
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

“Bu gün çiyinlərimizdə ortaq tarixdən aldığımız güclə gələcək nəsillərə sülh və təhlükəsizlik şəraitində yaşayacaqları bir bölgə qoymaq məsuliyyəti var”.

Zefer.media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İğdır şəhərində keçirilən “Beynəlxalq Qafqaz Konqresi”nə ünvanladığı müraciətdə qeyd olunub.

Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə “Bir millət, iki dövlət” şüarını Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdiklərini vurğulayıb:

“Şuşa, Füzuli və Laçında dalğalanan Azərbaycan bayrağı Türkiyənin də iftixarıdır. Qarabağda zəfər sevincini necə birlikdə yaşamışıqsa, Qafqazda sülh və rifah üçün də eyni qətiyyətlə çalışacağıq. Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat infrastrukturu güclənəcək və Türkiyə ilə Türk dünyası arasındakı əlaqə yeni imkanlar qazanacaq”.

Türkiyə lideri bildirib ki, İpək Yolu marşrutları boyunca ticarətin canlanması, əməkdaşlığın genişlənməsi və xalqlar arasında əlaqələrin möhkəmlənməsi bütün regiona fayda verəcək:

“Bizim vizyonumuza görə, Qafqaz sülhün daimi olduğu, qonşuların ticarət həyata keçirdiyi və hər ölkənin ortaq rifahdan pay aldığı bir bölgədir”, – deyə Ərdoğan qeyd edib.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600