Azərbaycanda müəllimlərin etik davranış qaydalarına yeni əlavələr edilib.
Zefer.media Oxu.Az-a istinadən xəbər verir ki, qərara əsasən, təhsilverənlər uşaqları fiziki və psixi zorakılığın bütün formalarından qorumalı, onları zərərli vərdişlərdən çəkindirməli, şərəf və ləyaqətlərinə hörmət etməlidirlər.
Yeni tələblərə görə, müəllimlərin intizam tədbiri kimi uşaqlara qarşı zorakılığın hər hansı formasını tətbiq etməsi qadağandır.




