Təhsil

Şəhid Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarışın qalibləri müəyyənləşib

20 Oktyabr 2026, 16:350
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə fakültənin şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış keçirilib.

 

Bu barədə Zefer.media –ya BDU-dan məlumat verilib. Tədbirin moderatoru, fakültənin TGT sədri Çinarə Ələkbərova Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanların həyat yolunun gənc nəsil üçün örnək olmasından bəhs edib. O, şəhid Manaf Bəhmənlinin vətənpərvərliyi və nümunəvi tələbəlik həyatı haqqında iştirakçılara ətraflı məlumat verib.

Fakültənin dekanı Ziyadxan Əliyev, dekan müavini Etibar Əhmədov Manaf Bəhmənlinin tələbəlik illəri haqqında xatirələrini bölüşüb, şəhid məzunların qəhrəmanlığının daim ehtiramla anıldığını vurğulayıblar.

Daha sonra yarışın keçirilmə qaydaları iştirakçıların diqqətinə çatdırılıb və komandalara uğurlar arzulanıb.

 

Gərgin mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən, “Şərqin incisi” komandası I, “Qarabağ” komandası II, “Zəfər-44” komandası isə III yerə layiq görülüb.

Sonda qalib komandalara sertifikatlar verilib.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600