Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın ölkədaxili siyasi problemlərə görə onu “günah keçisi”nə çevirməsi ilə bağlı suala maraqlı reaksiya göstərib.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, “The Guardian” nəşrinin məlumatına görə, Zelenskidən Trampın ABŞ-da aralıq seçkilər ərəfəsində daxili siyasi problemlərə görə məsuliyyəti onun üzərinə atdığını düşünüb-düşünmədiyi soruşulub.
Ukrayna lideri 15 saniyəlik fasilədən sonra gülümsəyərək “Mənim cavabım budur” deyib və mətbuat konfransını tərk edib.
Qəmər Kazımzadə




