Gündəm

Asiya İnkişaf Bankı Biləcəri-Yalama dəmir yolu xəttinin modernləşdirilməsinə 350 milyon dollar ayırıb

6 Oktyabr 2026, 19:221
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Asiya İnkişaf Bankı 192 kilometrlik Biləcəri-Yalama dəmir yolu xəttinin modernləşdirilməsi üçün 350 milyon dollar ayırıb.

Zefer.media xarici KİV-lərə istinadən bildirir ki, vəsait müasir elektrikləşdirmə, siqnalizasiya və telekommunikasiya sistemlərinin quraşdırılmasına yönəldiləcək.

Gözlənilir ki, layihə qatarların hərəkət sürətini artırmağa, enerji sərfiyyatını və nəqliyyat xərclərini azaltmağa, həmçinin daşımaların təhlükəsizliyini yüksəltməyə imkan verəcək.

Biləcəri-Yalama xətti CAREC-in regional nəqliyyat şəbəkəsinin əsas hissələrindən biridir.

Lalə Qurbanlı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600