• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
18.2° Weather Columbus
$
1.7
€
1.9746
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Azərbaycanın şəhərsalma modeli: qədim irslə müasir inkişafın vəhdəti

21 May, 26 / 20:06
A A

Prezident İlham Əliyev: “Azərbaycanın bir çox yerlərində şəhərsalma çox sürətli inkişaf edir”

” Hazırda şəhərsalma siyasəti dövlətlərin iqtisadi inkişafını, sosial rifahını və beynəlxalq nüfuzunu müəyyən edən əsas amillərdən birinə çevrilib. Şəhərlərin sürətlə böyüdüyü, urbanizasiya prosesinin geniş vüsət aldığı bir zamanda tarixi irsin qorunması ilə müasir inkişaf arasında düzgün balansın yaradılması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan son illərdə həyata keçirdiyi genişmiqyaslı quruculuq layihələri, müasir urbanizasiya siyasəti və tarixi-mədəni irsə göstərdiyi həssas münasibət ilə diqqət çəkən ölkələrdən biridir. 2026-cı il mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası yalnız şəhərsalma sahəsində beynəlxalq müzakirələrin aparıldığı platforma deyil, həm də Azərbaycanın inkişaf modelinin dünyaya təqdim olunduğu mühüm tədbir oldu. Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi uğurlardan, gələcək hədəflərdən və beynəlxalq əməkdaşlığın əhəmiyyətindən bəhs edib. Cənab Prezident çıxışında qonaqlara Bakının memarlığının özlləyindən danışıb: “Bir sözlə, Bakıda, qədimliklə yenilik, tarixi irsimizin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi zəruriliyi arasında təbii vəhdət mövcuddur. Bu, həqiqətən əcdadlarımızın istedadının bariz nümunəsi, tarixi və memarlıq irsimizi necə qoruduğumuzun təzahürüdür. Şəhərsalma nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox şəhərləri üçün gündəlik əsaslarla işlədiyimiz məsələdir”. Bakının memarlıq simasında XIX əsrin sonu və XX əsrin əvvəllərində Avropa memarlığının təsiri də xüsusi yer tutur. Həmin dövrdə neft sənayesinin inkişafı nəticəsində Bakı dünyanın ən zəngin şəhərlərindən birinə çevrilmişdi. Şəhərə dəvət olunan Avropa memarları burada möhtəşəm binalar layihələndirmişdilər. Bu gün Bakının mərkəzi küçələrində yerləşən klassik üslublu tikililər Paris, Vyana və Sankt-Peterburq memarlıq məktəblərinin təsirini əks etdirir. Həmin binalar şəhərin tarixi görünüşünü zənginləşdirərək ona xüsusi estetik dəyər qazandırır. Məhz buna görə Bakı həm Şərq, həm də Avropa memarlıq üslublarının bir arada yaşadığı nadir şəhərlərdən hesab olunur. Bu sintez şəhərin özünəməxsus xarakterini formalaşdırır”.

Zefer.media xəbər verir ki, bu sözləri K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu deyib.

O, Azərbaycanın urbanizasiya modelində  irsi dəyərlərin mühafizəsinin əsas prioritetlərdən biri olduğunu qeyd edib: ” Azərbaycanın şəhərsalma modelinin ən mühüm xüsusiyyətlərindən biri tarixi irsin qorunmasına verilən xüsusi diqqətdir. Son illərdə ölkədə yüzlərlə tarixi abidə bərpa olunub, qədim məscidlər, karvansaralar və memarlıq kompleksləri yenidən istifadəyə verilib. Bu siyasət göstərir ki, Azərbaycan modernləşmə prosesini milli-mədəni dəyərlərdən uzaqlaşmadan həyata keçirir. Qədim irs müasir inkişafın qarşısında maneə kimi deyil, əksinə, onun ayrılmaz hissəsi kimi qəbul olunur. Azərbaycanın şəhərsalma təcrübəsi qədimliklə müasirliyin uğurlu vəhdətinin nümunəsidir. Bakı şəhəri isə bu modelin ən parlaq təcəssümüdür. İçərişəhərin qədim divarları, Bakı Bulvarının müasir görünüşü, Avropa memarlığının izləri və yeni urbanizasiya layihələri Azərbaycanın həm tarixə bağlı, həm də gələcəyə yönəlmiş dövlət olduğunu göstərir.

Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycanın bir çox bölgələrində şəhərsalma prosesi çox sürətlə inkişaf edir. Dövlət başçısı qeyd etdi ki, bu cür mötəbər beynəlxalq toplantılar və BMT nümayəndələrinin, eləcə də dünyanın müxtəlif ölkələrindən gələn ekspertlərin iştirakı Azərbaycanın daha çox təcrübə qazanmasına, müsbət nümunələri öyrənməsinə və keçmişdə edilən səhvlərdən nəticə çıxarmasına imkan yaradır. Bu fikirlər Azərbaycanın şəhərsalma siyasətində yeni mərhələnin başlandığını göstərir. Müasir dövrdə şəhərsalma yalnız yeni binaların tikintisi və infrastrukturun genişləndirilməsi demək deyil. Bu anlayış artıq ekoloji dayanıqlılıq, insanların rahat yaşayışı, nəqliyyat sistemlərinin optimallaşdırılması, rəqəmsal texnologiyaların tətbiqi və tarixi-mədəni irsin qorunması kimi geniş məsələləri əhatə edir.

Son illərdə Azərbaycan genişmiqyaslı quruculuq və abadlıq layihələri həyata keçirən ölkələrdən birinə çevrilib. Xüsusilə paytaxt Bakı və regionlarda aparılan infrastruktur layihələri ölkənin urbanizasiya siyasətinin əsas istiqamətlərindən biri hesab olunur. Bakıda yeni yolların salınması, körpü və tunellərin inşası, parkların yaradılması, ictimai nəqliyyat sisteminin yenilənməsi və müasir yaşayış komplekslərinin tikilməsi şəhərin simasını tamamilə dəyişib. Son illərdə həyata keçirilən layihələr nəticəsində paytaxt yalnız regionun deyil, bütövlükdə Avrasiyanın ən müasir şəhərlərindən birinə çevrilməkdədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, şəhərsalma sahəsində sürətli inkişaf yalnız Bakı ilə məhdudlaşmır. Azərbaycanın müxtəlif bölgələrində yeni yaşayış məntəqələri salınır, rayon mərkəzləri yenidən qurulur və müasir infrastruktur layihələri həyata keçirilir.

Azərbaycanın şəhərsalma siyasətində ən mühüm istiqamətlərdən biri işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma prosesidir. Bu ərazilərdə aparılan işlər artıq region üçün yeni urbanizasiya modelinin formalaşdığını göstərir. Müasir şəhərsalma prinsiplərinə uyğun şəkildə qurulan yaşayış məntəqələrində “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına üstünlük verilir. Burada yaşıl enerji texnologiyaları, rəqəmsal idarəetmə sistemləri, ekoloji təmiz nəqliyyat və dayanıqlı infrastruktur əsas prioritetlər hesab olunur. Yeni layihələr yalnız dağıdılmış şəhərlərin bərpasını deyil, həm də gələcəyin şəhərlərinin qurulmasını hədəfləyir. Bu yanaşma Azərbaycanın urbanizasiya siyasətində innovativ düşüncənin və strateji baxışın göstəricisi hesab olunur.

Bu gün Bakı qədim tarixi irslə müasir urbanizasiya modelinin birləşdiyi nadir şəhərlərdən biri hesab olunur. İçərişəhər kimi qədim memarlıq nümunələri ilə müasir göydələnlərin və innovativ layihələrin bir arada mövcudluğu şəhərə xüsusi estetik görünüş qazandırır. Şəhərin inkişafında tarixi irsin qorunması əsas prioritetlərdən biridir. Bu yanaşma Azərbaycanın modernləşmə prosesini milli-mədəni dəyərlərlə uzlaşdırmaq siyasətinin göstəricisidir.

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın beynəlxalq nüfuzunun və şəhərsalma sahəsində artan rolunun növbəti təsdiqi oldu. Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər ölkənin urbanizasiya siyasətinin gələcək istiqamətlərini və prioritetlərini aydın şəkildə ortaya qoydu. Bu gün Azərbaycan sürətli inkişaf yolu ilə irəliləyərək müasir şəhərsalma modelini formalaşdırır. Beynəlxalq təcrübədən faydalanmaq, keçmiş səhvlərdən nəticə çıxarmaq və dayanıqlı şəhərlər qurmaq ölkənin əsas hədəflərindən biridir. Bütün bunlar Azərbaycanın gələcəkdə də regionun ən müasir və innovativ dövlətlərindən biri kimi mövqeyini daha da gücləndirəcəyini göstərir”.

Bənzər Xəbərlər

Gündəm

Özbəkistan ali təhsil müəssisələrinin Bakı sərgisi təhsil əlaqələrini genişləndirir - Ravşan Rayımjanov

May 24, 2026
Gündəm

Bakıda Özbəkistan Universitetlərinin III Təhsil Sərgisi keçirilib

May 23, 2026
Gündəm

Özbəkistan–Azərbaycan təhsil əməkdaşlığı strateji tərəfdaşlığı möhkəmləndirir – Politoloq

May 23, 2026
Gündəm

BMT Baş katibinin müavini “ASAN xidmət”də

May 22, 2026
Gündəm

”ASAN xidmət” və Cənub-Cənub əməkdaşlığı genişlənir

May 22, 2026
Gündəm

“ASAN xidmət” təcrübəsinin Tacikistanla paylaşılmasına dair müzakirələr aparılıb

May 21, 2026

XƏBƏR LENTİ

Özbəkistan ali təhsil müəssisələrinin Bakı sərgisi təhsil əlaqələrini genişləndirir - Ravşan Rayımjanov

24 May, 26 / 17:13

Əbu Reyhan Biruni Universiteti beynəlxalq təhsil imkanlarını genişləndirir – İslam Kadirov

24 May, 26 / 14:39

Turin Politexnik Universiteti beynəlxalq təhsil imkanlarını təqdim edib

24 May, 26 / 13:34

Azərbaycanda zəlzələ

24 May, 26 / 12:17

“Ailəm – mənim dəyərim” layihəsinə start verildi

23 May, 26 / 17:18

Bakıda Özbəkistan Universitetlərinin III Təhsil Sərgisi keçirilib

23 May, 26 / 16:00

Qarabağ və Şərqi Zəngəzurda 9 şəhər yenidən qurulur

23 May, 26 / 12:33

Sumqayıtda qanunsuz tikili söküldü

23 May, 26 / 12:32

Özbəkistan–Azərbaycan təhsil əməkdaşlığı strateji tərəfdaşlığı möhkəmləndirir – Politoloq

23 May, 26 / 12:29

Prezidentin sosial media hesabında WUF13-lə bağlı paylaşım…

23 May, 26 / 12:23

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.