Bəzi təhlükəsizlik analitikləri İranın ali rəhbəri Müctəba Xameneyinin ictimaiyyət qarşısına çıxmamasını “sağ qalma strategiyası” kimi dəyərləndirirlər.
Zefer.media xəbər verir ki, bu barədə “Fox News” telekanalı bildirib.
Analitiklərin iddiasına görə, sözügedən yanaşma keçmiş “Əl-Qaidə” lideri Üsəma bin Ladenin uzun müddət gizlənərək fəaliyyət göstərməsi ilə müqayisə edilir.
“Fox News Digital”a danışan terrorla mübarizə üzrə analitik Ömər Məhəmməd deyib ki, ABŞ-nin bölgəyə tətbiq etdiyi təzyiq İran rəhbərliyini daha gizli idarəetmə modelinə keçməyə məcbur edə bilər.
Onun sözlərinə görə, həmin vəziyyət bin Ladenin illərlə gizlənərək audio mesajlar vasitəsilə ünsiyyət saxlamasına bənzədilir və oxşar davranışın İran rəhbərliyində də müşahidə olunduğu vurğulanır.
Zərintac Mayisqızı

















