Rusiya və Çin arasında davam edən yüksək səviyyəli dialoq Rusiya prezidenti Vladimir Putinin Çinə səfərinin əsas nəticəsi olub.
Zefer.media xəbər verir ki, bu fikirləri Kremlin sözçüsü Dmitri Peskov “İzvestiya” qəzetinin köşə yazarı Viktor Sineokuya bildirib.
“Bu, həqiqətən də ən yüksək səviyyədə ritmik, davam edən bir dialoqdur və hər dəfə yerlərdə işə əlavə təkan verir. Hər kəs öz sahələrində çalışır və nümayəndə heyətimizin nümayəndələrinin nə qədər intensiv işlədiyini görə bilərsiniz”, – deyə o qeyd edib.
Zərintac Mayisqızı

















